BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.736
  • RUB
    1.668
  • TRY
    0.048
  • GBP
    2.0636
55814

Müasir dövrün yeniliklərindən biri də nağdsız ödəniş sisteminin tətbiqidir. Hazırda təmassız və ya nağdsız ödənişlər sürətlə tətbiq olumaqdadır. Bəs Azərbaycanda təmassız ödənişlərin tətbiqi ilə bağlı vəziyyət necədir? Bəzən müəyyən saatlarda müxtəlif xidmət və iaşə obyektlərində nağdsız ödəniş sistemləri ilə bağlı problemlərin olduğu bildirilir. Ümumiyyətlə nağdsız ödənişlərin insanlar üçün başlıca əhəmiyyəti nədən ibarətdir? 

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Referans.az -a açıqlama verib. Ekspert deyib ki, Mərkəzi Bankın statistikasına əsasən 2024-cü ilin iyul ayında ölkəmizdə on səkkiz milyon üç yüz qırx min ədəd ödəniş kartı olub.  Dörd il əvvəl isə bu rəqəm doqquz milyon yüz iyrimi min ədəd idi. Göründüyü kimi 4 il ərzində kartların sayı 2 dəfədən çox artıb. Nəzərə alsaq ki, ölkənin ümumi əhalisi 10 milyon 200 min nəfərdir. Belə nəticəyə gəlmək olur ki, adambaşına ən azı iki kart düşür. 

Mütəxəssis bildirir ki, hər  ötən zaman ərzində əhali arasında ödəniş kartlarından istifadə halları çoxalmaq üzrədir.  Xüsusilə də bu proses 2020- ci ildən başladı. Hamıya yaxşı məlumdur ki, həmin ildə bütün dünyada pandemiya başladı. Pandemiya dövründən etibarən ümumilikdə elektron ödənişlərə əhalinin tələbatı kəskin şəkildə artdı. Demək olar ki, təxminən bir il ərzdində insanlar ev şəraitində  qaldığı üçün onlayn ödənişlər populyarlıq qazandı. Beləliklə də onlayn alış-satış da geniş miqyas almağa başladı.  Paralel olaraq da banklar tərəfindən mobile tətbiqlərin yaradılması və nağdsız ödənişlərlə bağlı digər vasitələrin meydana gəldiyinin şahidi olduq. Hələ 2015 və 2016-ci illərdə əmək haqlarının nağdsız qaydada ödənilməsi məcburiyyətinin özü də bu prosesə böyük təsir etdi.

Xalid Kərimli həmçinin günün müəyyən saatlarında xüsusilə gecə saatlarında müəyyən iaşə xidmətlərində nağdsız ödənişlərlə probemlərdən də danışıb. O vurğulayıb ki, belə xidmət obyektləri xüsusilə mağaza və restoranlar adətən kartlardan könülsüz istifadəni qəbul edirlər.  Bunun da öz səbəbləri var. Birinci səbəb odur ki, kartla ödəniş  zamanı  vergidən yayınmaq mümkün deyil.  Belə ödənişlər dövlət tərəfindən rahat şəkildə müəyyənləşdirilir. Lakin  vətəndaşların kartdan karta pul ödənişləri zamanı  isə heç bir vergi tutulması prosesi baş tutmur. İkinci bir məqam isə odur ki, posterminallar vasitəsi ilə ödənişlər zamanı 1,5 - 2 faizə qədər komissiya haqqı da tutulur. Bu kimi məqamlara görə bəzi sahibkarlar daha çox vergidən yayınmaq üçün nağd ödənişlərə və digər üsullara əl atırlar. Lakin bu təbii ki, qanunazidd hərəkətlərdir. Ölkə qanunvericiliyinə görə ödəniş formasından asılı olmayaraq qiymət fərqləndirilə bilməz. Vətəndaşlar üçün də bu seçim azad və sərbəst olmalıdır. Belə hallarla qarşılaşan hər bir vətəndaşın müvafiq dövlət qurumuna bununla bağlı şikayət etmək hüququ var.

"Ümumiyyətlə nağdsız ödənişlərin insanlar üçün əhəmiyyəti ondan ibarətdir ki, onlar ciblərində nağd pul  gəzdirmir və bu da onlar üçün bir növ rahatlıqdır. Lakin təbii ki, pulun kartda olmasının bəzən təhlükəsi də yarana bilir. Kibercinayətkarlıq və bu kimi səbəblərdən risklər də realdır. Amma  istənilən halda üzərində nağd pul gəzdirməkdən bank kartına sahib olmaq daha yaxşıdır.  Paralel olaraq nağdsız ödənişlər zamanı ƏDV geri alarkən daha çox ödəniş əldə etmək mümkündür. Bununla yanaşı kaşbeklər və müxtəlif bu kimi vətəndaşlar üçün avantajlar da var. Həmçinin mobil tətbiqlər vasitəsi ilə hər kəs öz xərclərinə dəqiqliklə nəzarət edə bilər",- deyə mütəxxəssis əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Beynəlxalq Ədalət Məhkəməsinin sədri istefa verib

SOCAR-ın "Yaşıl istiqrazları" dövriyyəyə buraxılır - Dəyəri 1000 dollardır

AYNA-da hesabatlılıq problemi - Tələbləri pozur

"Bank BTB" növbəti dəfə uçotdakı dəyişikliklərə görə zərər açıqlayıb

Bu şəxslərin maaşları artdı

“Azsığorta”nın rəhbərliyində təyinat olub

Mərkəzi Bankdan sığorta şirkətlərinə göstəriş

DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

3 gün ardıcıl iş olmayacaq

18 yaşında ABŞ-yə getdi - Biznes həyatı, neft şirkətlərində karyera, investisiya...

18 yaşında ABŞ-yə getdi - Biznes həyatı, neft şirkətlərində karyera, investisiya...

Türkiyənin “Baykar” şirkətinin ilk peyki kosmosa buraxıldı

Mehdiabaddan Azadlıq prospektinə qədər tramvay xətti olacaq

Rubl, avro bahalaşdı - Günün məzənnəsi

Cənubi Koreya prezidenti həbs edildi

Nüvə şirkətlərinin batareya yarışı - SƏHƏR OXUSU

"Zen Construction Group" barəsində inzibati xəta protokolu

"Qızıl bu il yeni bir rekord səviyyəyə çatacaq" - "UBS"

Daha bir ölkə məktəblərdə telefon istifadəsini qadağan etdi

"TikTok" texnologiya milyarderinə "yox" deyir

"TikTok" texnologiya milyarderinə "yox" deyir

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb

"Goldman Sachs" Alman nəhənglərinin reytinqini aşağı saldı - "Euronews"

"BP" IV rüb üzrə mənfəətinin azalacağını proqnozlaşdırdı - Reuters

"Amazon"dan Meksikaya 5 milyard dollarlıq investisiya qərarı

"Azərenerji" 593 min manatlıq boya alır

"Agro store" MMC inzibati xəta törədib

Plastik cərrahlar efirlərə buraxılmayacaq

Qlobal inflyasiya 2028-ci ilə qədər yüksək səviyyədə davam edəcək - Hesabat

İdarəçilik qaydalarını pozan şirkət cərimələnir

"Ölkənin heç vaxt bu qədər dövlət borcu olmayıb" - Fransız nazir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin