Azərbaycanlı kiçik və orta sahibkarlar xarici bazarlara necə çıxa bilər?
"Yerli sahibklarlar, xüsusi ilə kiçik və orta sahibkarlar üçün xarici bazara çıxmaq çox vacibdir".
Bunu Valyuta.az-a deputat Rüfət Quliyev yerli sahibkarların xarici bazara çıxmasının şərtləri haqqında danışarkən deyib.
Rüfət Quliyevin sözlərinə görə, Azərbaycanda istehsal olunan bir çox məhsulları, o cümlədən qida məhsulları onlayn formada demək olar ki, satılmır:
"Ancaq xarici ölkələrdə bu məhsullar onlayn satılması üçün müxtəlif xidmətlər var. Ona görə də sahibkarların dünya bazarına çıxarda biləcək bir onlayn platformaya ehtiyac var. Düşünürəm ki, bu sahibkarlarda da maraq yaradar. Bizim məhsullar bu formada ə yeni məkanlara, bazarlara çıxa bilər".
Rüfət Quliyev son olaraq bildirib ki, əgər belə platformalar olsa, bu zaman “Made in Azerbaijan” konsepsiyasında istehsal olunan məhsullar dünyanın bir çox ölkələrində daha rahat və daha tez satıla bilər.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay