![](https://valyuta.az/file/articles/2024/05/23/1716460583_1715333091_1713870645_1713168693_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg-recovered.jpg)
Dollar əmanətlərinin artması ölkə iqtisadiyyatının inkişafına necə təsir edir?
“Bəzi banklar dollarla depozitləri qəbul edir və həmin vəsaiti daha yüksək faizlə xarici ölkədə yerləşən banklara yatırırlar. Bu da ölkədə dövr edən dollar valyutasının azalmasına gətirib çıxarır. Buna görə də banklar daha çox dollar cəlb etmək üçün faiz dərəcələrində dəyişikliklər edirlər”.
Bunu Valyuta.az-a açıqlamasında Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Elşad Məmmədov bildirdi.
E.Məmmədov deyir ki, bankların dollarla depozit qəbul etməsi ölkədə potensial investisiyaların azalmasına xidmət edir:
“Dollar depozitlərinin payının artması nəticəsində iqtisadiyyatda dövr edən vəsaitlərin də daralması baş verir. Bunlar da iqtisadi inkişaf nöqteyi nəzərdən müsbət dəyərləndirilə bilməz. Ümumiyyətlə, ölkəmizdə qanuni ödəniş vəsaitin milli valyutanın mövcudluğunu nəzərə alaraq dollar depozitlərinin qəbulundan çəkinmək lazımdır. Depozitlər yalnız bizim milli valyutada qəbul olunmalıdır. Nəinki dollarla olan depozitlərin faiz dərəcəsinin azalması və ya artmasının deyil, dollar depozitlərinin ölkə iqtisadiyyatı üçün zərərli olduğunu düşünürəm. Fikrimcə, dollarla olan depozitlərin həcminin artması ölkə iqtisadiyyatının inkişafına xidmət etmir”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay