BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.926
  • RUB
    2.1283
  • TRY
    0.0438
  • GBP
    2.2826
50028

Mərkəzi Bank “Meqa Sığorta” ASC-nin “Kiber risklərin sığortası” Qaydalarını təsdiq edib. Bu, o deməkdir ki, Azərbaycanda yeni sığorta məhsulu olan kiber risklərin sığortası yaradılıb. Son zamanlar kiberdələduzluq halları çox olduğu üçün belə bir məhsulun yaranması vacib idi. Yəqin ki zamanla sığorta bazarında bu sığorta növünü təqdim edən digər şirkətlər də olacaq. Bəs bu sığorta məhsulundan daha çox kimlər istifadə edəcək? Kiberhücumlar vasitəsilə bəzən çox böyük məbləğlər ələ keçirilir, bunların qarşılanması məsələsini sığorta şirkətləri necə həll edəcək?

Valyuta.az-a danışan sığorta eksperti İlkin İbrahimov deyir ki, dünyada olduğu kimi ölkəmizdə də, kiberhücumlarla bağlı məsələlərdə çox böyük problemlər yaşanır:

“Bank kartlarından çoxlu məbləğdə vəsaitlərin kiberhücumların qurbanı olduğunu görürük. Belə fürsətlərlə bağlı həmişə sığorta şirkətləri yeni məhsullar yaratmağa çalışır. Kiberhücumlarla bağlı müxtəlif növ təminatları təklif edərək vətəndaşlara bu növ sığortadan yararlanmağı təklif edir. Bununla kiberhücumlar zamanı məbləğlərin itirilməsi zamanı sığorta ödənişlərinin verilməsi nəzərdə tutulur. Bu məhsul geniş əhatə dairəsi üçün nəzərdə tutulub. Xüsusilə də, şirkətlər və sahibkarlar üçün əhəmiyyətli olacaq. Çünki onların riskləri vətəndaşların risklərindən daha böyük olur”.

Ekspert bildirdi ki, risklər böyük olduğu zamanlar sığorta şirkətləri də özlərini sığortalayacaqlar:

“Sığorta şirkətləri daha böyük risklərlə bağlı təkrarsığortada yenidən həmin riskləri təkrarsığorta edirlər. Risklər daha böyük olan zaman təkrarsığorta şirkətləri ilə müştərək olaraq sığorta ödənişlərini həyata keçirirlər”.

İ.İbrahimov qeyd etdi ki, ümumiyyətlə, ölkəmizdə yeni sığorta məhsulları son bir-iki ildə passiv dövrünü yaşayırdı. Yeni sığorta məhsullarının yaranması sığorta şirkətlərindən və nəzarətedicinin nəzarətindən asılı olur:

“Yəni, məcburi xarakter daşıyan sığorta məhsulları var. Məsələn, avtomobil nəqliyyatı vasitələrinin mülki məsuliyyəti sığortası və ya daşınmaz əmlak sığortası ilə bağlı sığorta növləri mövcuddur. Görünən də odur ki, sığorta şirkətləri bu sığorta məhsullarını satmaqdan məmnundurlar, eyni zamanda digər məhsulların daha çox risk daşıdığını nəzərə alaraq yeni sığorta məhsulu yaratmağa risk etmirdilər. Daha çox passiv formada davam edirdilər”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ticarət bir daha heç vaxt əvvəlki kimi olmayacaq" - ECB prezidenti

QSC valyuta vəsaitlərini ölkəyə qaytarmadığına görə cərimə edilib

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

"Apple" ağıllı eynəklərinin buraxılış tarixi məlum oldu

“Azeri Med” daha bir tenderin qalibi seçildi

Avropa ölkəsi yeddi saatlıq iş rejiminə keçə bilər

Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlandı

10 manatlıq şirkətin onluq vergi borcu üzə çıxdı

Bill Qeyts və Stiv Cobsun rəqabəti necə başladı? - Biznes filmləri

Pakistanın Baş naziri bu tarixdə Azərbaycana səfər edəcək

Süni intellekt kriptovalyutanı necə oğurlayır?

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək

Dünyada yeni kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Film kimi dələduzluq: DSMF "əməkdaşı" kirayə ev tutdu, qazinin xanımını aldatdı

Harvard Universiteti Tramp Administrasiyasının qərarına görə məhkəməyə ÜZ TUTDU

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi®

“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək

Bu ölkə "Telegram"ı blokladı

Azərbaycanda 6 vəkil cəzalandırıldı

Ölkəmizdə “International HR Summit 2025” tədbiri keçirilib

1996-cı ilin "ÇEK"ləri satılıb - FOTO

Mərkəzi Bank rəhbərliyi nə qədər qazanır?

Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA

Sabah Bakının bu küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Təsadüfi fikri onu milyarder etdi

İdarə rəhbəri işdən çıxdı - Yeni təyinat

May ayının pensiyaları ödənildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin