BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8253
  • 1 Rusiya rublu
    0.0193
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1675
48682

“Uzun illərdir hər il ilin ortasında büdcəyə yenidən baxılması praktikası mövcuddur. Bu hökumətə daha rahat davranmağa imkan verir”.

Bunu Valyuta.az-a iqtisadçı Natiq Cəfərli Milli Məclisin deputatı Vahid Əhmədovun 2024-cü ilin büdcəsi ilə bağlı fikirləri şərh edərkən deyib. 

Natiq Cəfərli bildirib ki, çox güman ki, iyunun əvvəllərində büdcəyə əlavələr olunacaq:

“Hökumət ilin əvvəlində daha konservativ yanaşaraq büdcə ilə bağlı daha aşağı qiymətlər qoyurlar ki, dünya bazarında hansısa təlatümlər baş versə, aşağı qiymətlər büdcəni sığortalaya bilsin. Amma yuxarı qiymətlər olsa daha yaxşıdır. İlin ortasında əlavələr və dəyişikliklərlə qazanılan əlavə gəlirlərin büdcədə xərc hissəsinə əlavə edilməsi praktikası 10 ildən çoxdur mövcuddur. İndi də eyni qaydada həm neftin büdcədə nəzərdə tutulan qiymətinin yüksəldilməsi yolu  ilə əlavə gəlirlərin büdcəyə daxil edilməsi prosesinin şahidi olacağıq. Neftin qiymətinə gəldikdə isə, hələlik may ayının ortalarına qədər olan müddəti də götürsək, Azərbaycan neftinin ortalam qiyməti 85-90 dollar arası dəyişir. Bu da pis deyil. Yuxarı qiymətin 75 dollar götürülməsinə imkan və fürsətlər var. Bu qiymətlərin yüksək həddinin götürlməsi ona görə məntiqlidir ki, Azərbaycanda neftin hasilatı azalır. Daha konservativ yanaşma olsa, məsələn, 65, hətta 70 dollar civarında qiymət götürülsə, neft hasilatının azalması büdcəyə çox vəsaitin daxil olmasına imkan verməyəcək. Çünki hasilatın azalması gəlirlərə təsir edir. Ona görə də daha yüksək həddin götürülməsi lazımdır ki, təqribən əldə olunan 1 milyard yarım əlavə qazancın büdcəyə əlavə edilərək, xərc hissəsinə salınıb dövlətin ehtiyaclarına xərclənməsi mümkün olsun.  Ona görə  də düşünürəm ki, bu həddin 75 dollar götürülməsi pis deyil.  Bu ilin ortalama qiymətinin elə 75-85 döllar civarında olması gözlənilir ki, bu da Azərbaycan üçün ziyanlı deyil.”

Büdcəyə olunacaq dəyişiklərin maaş və pensiyalara da təsirləri haqqında danışan Natiq Cəfərli təqaüdlərdə artım olacağını düşünmür:

“Çünki ilin əvvəlində indeksləşmə aparıldı və təqribi 10 faizə yaxın təqaüdlərin artımınının şahidi olduq, amma minimum əmək haqqı artırılmadı. İndi isə ola bilər ki, minimum əmək haqqının artırlması ilə bağlı qərar verilsin. Amma orda da yeni təkliflər var ki, minimum əmək haqqı saathesabı hesablansın. Ona görə də hələ dəqiq demək olmaz ki, Milli Məclisin iclası zamanı bu təklif nəzərdən keçirilərək qəbul olunacaq ya yox. Çünki həddindən artıq təzə bir təklifidir və cəmiyyətdə də bununla bağlı ciddi suallar yaranıb. Əməkhaqqının hansı formada, necə hesablanacağı ilə bağlı açıq məlummatlar yoxdur”. 

İqtisadçı bildirib ki, büdcəyə daxil olmalar artarsa, minimum əmək haqqının artırılması mümkündür:

“Minimum əmək haqqı keçən il artırılaraq 345 manat olmuşdu və bu gözləntilərə cavab vermir. Amma burda başqa bir önəmli məsələ var. Qanunda elə bir bağlantı nəzərdə tutulub ki, əmək haqqı artırılan kimi avtomatik olaraq VÖEN-lə çalışanların Sosial Müdafiə Fonduna ödənişləri də  artır. Çünki bu fondda ödənişlər minimum əmək haqqına bağlıdır. Bu da 600-700 min VÖEN-lə çalışanların narahatlığına və narazılığına səbəb olur. İstər-istəməz minimum əməkhaqqı artan kimi onların ödənişlərinə təsir göstərir. Ona görə də düşünürəm ki,  bu bağlantı aradan qalxsa hökumət daha rahat davrana bilər, minimum əmək haqqının daha yüksək hədlərdə artırılması ilə bağlı qərar verə bilər. Yox, bu bağlantı qalarsa, hətta minimum əmək haqqının artırılması ilə bağlı qərar olsa da  VÖEN-lə işləyən insanların narazılığına səbəb olacaq”. 

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Report-a deyib ki, 2024-cü ilin büdcəsinə dəyişikliklər gözlənilir

Onun sözlərinə görə hələlik bununla bağlı qanun layihəsi parlamentə daxil olmayıb:

"İlin birinci yarısında neftin qiyməti kifayət qədər yüksək olub. Ona görə, dövlət büdcəsinə əlavə vəsait daxil olub. Həmin vəsaitin xərclənməsi, yönəldiləcəyi istiqamətlər müzakirə edilə bilər. Prezident İlham Əliyev azad olunmuş ərazilərdə görülən işləri sürətləndirmək, əhalinin doğma torpaqlarına qayıdışını tezləşdirmək üçün addımlara önəm verdiyini bəyan edib. İkinci vacib sahə müdafiə və təhlükəsizlikdir. Sosial müdafiə sahəsinə də ayrılan vəsaitin artırılması müzakirə oluna bilər".

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ermənistan maliyyə uçurumunun astanasında: Nikolun ucuz dollar siyasəti

“PAŞA Kapital”da təyinat olub

Ev almaq istəyənlərin NƏZƏRİNƏ: Bakıda mənzillər UCUZLAŞACAQ

Azərbaycanda hər gün 9 minik avtomobili istehsal olunur

Ədliyyə Nazirliyinin idarə rəisi işdən çıxarılıb

Azərbaycan əhalisi içki və tütün məlumatlarına 1 milyard manatdan çox pul xərcləyib

Rabitəbank Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək oldu

Qurbanlıq heyvanların qiyməti neçəyədir? 

Yükdaşıma ilə məşğul olan vergi ödəyicilərinin öhdəlikləri necə dəyişib?

Yay aylarında kirayə bazarında dəyişiklik olacaqmı?

Sel və daşqınlarla bağlı əhaliyə çağırış

Sea Breeze-də daha bir layihədə mənzil satışı açıq elan olundu

Nazirlikdə yeni təyinat

Nazirlikdə yeni təyinat

Bazar gününün hava proqnozu

Rusiyanın ən varlı qadını sadə həyat tərzindən danışdı

Neftimizin qiyməti 84 dolları keçib

DYP bayram günləri ilə bağlı əhaliyə müraciət edib

Onlayn satılan dünyanın ən bahalı avtomobili hansıdır?

Bu il Şuşa Rayon Mərkəzi Xəstəxanasının inşasının yekunlaşdırılması planlaşdırılır

Mobil operatorlar beş ayda 500 mln. manata yaxın gəlir əldə edib

Tarixin ən böyük şampan hərracı keçiriləcək

Putin: Qərbin Rusiyaya qarşı sanksiyaları ləğv edilməlidir

Azərbaycana Belarusdan kiloqramı 5,4 manata pomidor gətirilib – Marketlərdə satılmır

Yaponiya Özbəkistan və daha dörd ölkənin şirkətlərinə qarşı - Sanksiyalar

Şükürbəyli kəndi ilə bağlı 10 milyonluq layihə

Tesla səhmdarları Maskın 56 milyard dollarlıq rekord bonusunu dəstəkləyir

G7 ölkələri Rusiya neftinin qiymət tavanına nəzarəti gücləndirmək istəyir

"Xəzər Polad"a protokol tərtib edildi

Müharibənin üçüncü ili: Ukraynalılar Polşada necə yaşayır? – Gremi Personal

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin