BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
44158

Son zamanlar kriptovalyutaların bahalaşması bir çox insanları bu istiqamətdə cəlb etməyə başlayıb. Bir çox şəxslər kriptovalyutaya yatırım edəcəklərini qeyd edirlər. Mart ayı üçün kriptovalyuta bazarından gözləntilər nələrdir? İnsanlar daha çox hansı kripto pullara yatırım etməlidirlər?

Bu barədə Valyuta.az-a danışan investisiya üzrə mütəxəssis Rövşən Hüseynov bildirir ki, son zamanlarda kriptovalyutaların bahalaşması normal haldır, çünki “buğa sezonu” başlayıb. “Buğa sezonu” bütün birjalarda standart formada 4 ildən bir başlayır. Onun fikrincə, mart ayında da kriptovalyuta bazarında yüksəlişlər olacaq.

Mütəxəssis insanların kriptovalyutalara yatırım etməli olduğunu vurğulayarkən bəzi nüanslara da toxunub:

“Kriptolara yatırım etmək lazımdır, amma kiminsə məsləhəti ilə deyil, öz araşdırmaları ilə yatırım etməlidirlər. Hansı kriptolara yatırım edəcəklərini bilməli, analiz etmə qabiliyyətləri olmalı, texniki analiz etməli və bütün bunlardan sonra yatırım etməlidirlər. Yoxsa, kiminsə məsləhəti ilə gedib hər hansı bir kriptovalyuta almaq düzgün strategiya deyil. Əgər araşdırmadan yatırım ediləcəksə, yatırım şirktələrindən istifadə etmək daha faydalı olar”.
Bu ilin sonuna hətta gələn ilin ortalarına qədər kriptovalyutalar bahalaşa biləcəyini qeyd edən mütəxəssis bunu bazara daxil olan böyük pullar ilə əlaqələndirir:

“Bazara çox böyük pullar daxil olur. Amma insanlar buna aldanıb bütün pullarını yatırım etməməlidirlər. Ayda, həftədə, gündə müəyyən məbləğdə alış etməlidirlər. Bütün pulları ilə yatırım edən insanlar məbləğ düşən kimi satış edirlər. Çünki, insanlar yatırım psixologiyasına sahib deyirlər. Aylıq araşdırma edərək yatırım etmək çox faydalı olar”.

R.Hüseynov hansı yatırım formalarının daha faydalı olmasından da danışıb:

“Qızıla yatırım etmək pulunuzun dəyərini saxlayır. İnflasiya qarşısında pulunuzu qorunur. Dollara yatırım isə ölkədə devalvasiya olmadığı zaman inflasiya qarşısında əriyir, əgər devalvasiya olsa belə yüksəlmiş kimi görünsə də, yenə də inflyasiya qarşısında əriyir. Kripto yatırımları analiz edilərək yatırıldığı zaman ən çox gəlir gətirən, amma eyni zamanda çox diqqət tələb edən sahədir. Başqalarının dedikləri ilə yatırım etmək bütün pulun itməsinə gətirib çıxara bilər. Kripto yatırımlarının əsasını öyrənmək və araşdırmaq təşkil edir. Ən yaxşı kripto yatırım planlarından biri pulunun 40%-ni Bitcoin, Etherium kimi əsas koinlərdə, qalan 60%-ni isə proyekti sağlam olan alt koinlərdə saxlamaqdır”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Elektrikli Gelendvagen Mercedes-Benz G580 təqdim olundu

“Titanik”in ən zəngin sərnişininin cəsədindən çıxarılan qızıl cib saatı hərraca çıxarılıb

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi (FOTO)

Bu ərazilər tezliklə plana düşəcək

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Dünyanın damı"nın radioaktiv çirklənməsinin mənbəyi tapıldı

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

ABŞ Ukraynaya ən böyük hərbi yardım paketi ayırıb

BTC ilə daşınan neftin həcmi açıqlanıb

Formula-1 tarixinin ən böyük müqaviləsi

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

İcbari Tibbi Sığorta Agentliyi nəyi öyrənmək istəyir? - Sorğu

Doqquz il qarajda “yatdıqdan” sonra hərraca çıxarılan “Porsche”nin hekayəsi

ABŞ-da tibb bacıları süni intellektin səhiyyədə istifadəsinə etiraz edirlər

“As İnşaat” müqaviləsiz işçi işlədib?

Rusiya şirkətlərinin 60%-dən çoxu hələ də Microsoft-dan istifadə etməyə davam edir

"Nokia" 4G və USB-C dəstəyi ilə yeni funksiyalı telefon buraxdı

Mərakeşdə “Şuşa günləri” keçiriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin