BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
42830

Hər hansı bir biznes üçün müəyyən qədər maliyyə sərf olunub, amma bu biznesin işləri yaxşı getmir, uğursuzdur. Bunların içərisində iflas etməyə yaxın olan bizneslər də olur. Bəs uğursuz olan biznesə və iflas etmək üzrə olan biznesə biznes konsultant cəlb etməklə onun işlərini yaxşılaşdırmaq olarmı?

Bu barədə Valyuta.az-a danışan biznes təlimçisi İlham Əfəndiyev bildirib ki, iflas etməkdə olan şirkətə biznes konsultant köməklik edə bilməz:

“Müəyyən problemləri olan şirkətə biznes konsultant köməklik edə bilər. Bunun üçün sahibkar ilə görüş keçirilir. Yəni, konkret problemlər müəyyən olunur, ardınca bu problemləri həll etmək üçün təkliflər hazırlanır. Həmin təkliflər qəbul olunursa, artıq biznes konsultantlar bunu həll etmək üçün çalışır. Problemlərin nə ilə bağlı olması ilkin olaraq sahibkarın, nadir hallarda rəhbərlərin fikirləri əsasında müəyyən olunur. Məsələn, satışların yetəri qədər olmaması, xalis mənfəətin aşağı olması, şirkətin zərərlə işləməsi, şirkətin müştərilərinin sayının yetərincə olmaması və s. kimi problemlərin həll yolunu tapmaq lazımdır. 

Adətən, biznes konsultantlar şirkətlərə müəyyən problemi həll etmək üçün cəlb olunurlar. Digər məsələlər də var ki, hansı sahibkar sıfırdan şirkət yaratmaq istəyir, burada düzgün vizyon formalaşdırmaq, düzgün missiya həyata keçirmək, düzgün dəyərlər təsvir etmək üçün biznes konsultant dəvət edə bilir. 

Ümumilikdə, biznes plan hazırlamaq, investorları cəlb etmək və s. kimi işlərdə də biznes konusltantlar faydalı ola bilir”.

Təlimçi qeyd edib ki, adətən, biznes konsultantlar şirkətləri üç yerə bölürlər, xidmət göstərən, satışla məşğul olan və istehsalatla məşğul olanlar. Bundan asılı olaraq yanaşma fərqlənir, prioritetlər dəyişir: “Xidmət göstərən şirkətlərdə öndə olan məsələ xidmət səviyyəsidir. Satışla məşğul olan şirkətlərdə satışın düzgün təşkil olunması, satış şəbəkəsinin genişlənməsi və satılan məhsulun hansı şərtlərlə satılması vacibdir. İstehsal şirkətlərində ən vacib məsələ istehsalatın fəallığıdır. Yəni, işçi sayı, avadanlığın keyfiyyəti, kommunal xərclər və s. kimi məsələlərə diqqət yetirmək lazımdır”. 

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

3 ayda ölkəmizdə 13 min tondan çox pendir və kəsmik istehsal olunub

Aqrar Sığorta Fondunun ödənişlərinin artması fermerlərin fəaliyyətinə necə təsir edəcək?

Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları dəyişdi

Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir

1274 nəfər rezidenturaya imtahan verəcək

Nazir idarə rəisini işdən çıxardı

Nazir idarə rəisini işdən çıxardı

Bəzi şəxslər universiteti bitirdikdən sonra niyə işsiz qalır?

İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq

Hicran Əyyubova direktor təyin edildi

Ləğv prosesində olan 2 bankın əmlakları hərraca çıxarılır

Şuşada müntəzəm şəhərdaxili sərnişindaşımaya icazə verilməsi qaydası müəyyənləşib

"Naxçıvan Bank"ın gəlirləri 4 milyon manatdan çox azalıb

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqləndi

“Azərikard” rəhbərinin türkiyəli müavini işdən ayrılıb

“Azərikard” rəhbərinin türkiyəli müavini işdən ayrılıb

Ölkə ərazisində nə qədər kiçik sahibkarlıq subyekti var? – Bakıda 7 minə yaxındır

Azərbaycanda bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır

Bitcoin 48 saatda 10 min manat ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Daha iki rəis müavini işdən çıxarıldı

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub

Avro və lirə bahalaşdı - Məzənnə

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər gözlənilir - Video

Azərbaycan manatının dövretmə sürəti artıb

Küləkli hava nə vaxtadək davam edəcək?

Bakının bu rayonunda qaz olmayacaq

Bakının bu rayonunda qaz olmayacaq

Azərbaycan nefti 3 %-ə yaxın ucuzlaşıb

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Kontakt Home məhkəməyə verilib

Mərkəzi Bankın valyuta ehtiyatları 27 % artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin