İpoteka ilə aldığımız evi kirayə verə bilərik?
“Hər kəs mülkiyyətində olan daşınmaz əmlakı dövlətə vergi ödəmək şərti ilə kirayə verə bilər”.
Bunu Valyuta.az-a iqtisadçı vəkil Əkrəm Həsənov vətəndaşlar ipoteka ilə alınan evlərin kirayə verilib-verilməməsinin hüquqi əsaslarından danışarkən deyib.
Vəkil İpoteka Haqqında Qanunda belə bir bəndin olduğunu xüsusu vurğulayıb:
“Sərəncam, yəni icarəyə veriləndə ipoteka qoyanın buna razılığı tələb olunur. Düzdür, bu məsələ var, amma bunun özü əslində konstitusiyaya ziddir. Əgər vətəndaş kirayə verən zaman notarial qaydada müqavilə bağlasa, notarius bankın razılığını tələb edəcək. Yox, əgər notarial qayda yoxdursa, bank sabah gəlib deyə bilər ki, mənzili kirayə vermək üçün mənim razılığım lazım idi. Hesab edirəm ki, qanunun bu müddəası düzgün deyil”.
Vəkil qeyd edib ki, bank ipoteka predmeti olaraq verilən evlərin vəziyyətini yoxlamaq üçün onlara baxış keçirə bilər.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay