BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
40648

2023-cü ilin 10 ayı ərzində Azərbaycanın 4,54 milyon ABŞ dolları dəyərində 227 milyon ədəd siqaret (tərkibində tütün olan) idxal edilib. Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 49,3%, dəyər baxımından isə 66,3% çoxdur. Siqaretin idxalının bu qədər artması nə ilə əlaqədardır? Niyə daxili istehsal tələbatı ödəmir? 

Bu barədə Valyuta.az-a danışan iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, hər hansı bir məhsulun ölkəyə idxalı artırsa, bu daxili tələbat ilə əlaqədardır və yerli istehsalın daxili tələbatı ödəyə bilməməsi ilə, yerli istehsalın aşağı düşməsi ilə bağlı ola bilər: “Azərbaycana siqaret idxalının genişlənməsi və 60 faizdən çox artması yaxşı tendensiya deyil. Azərbaycanda tütünçülük ənənəvi xarakter daşıyır, sovet dövründə bu sahəyə xüsusi diqqət yetirilirdi. Amma müstəqillik illərində bir sıra sahələr kimi tütünçülük də, təəssüf ki, az qala məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Son illər ərzində isə tütünçülüyə xüsusi diqqət yetirilir. Yenidən bu sahədə bərpa meyilləri müşahidə olunur. Eyni zamanda ölkədə siqaret istehsalı ilə məşğul olan müvafiq istehsal sahələri də var və ümumiyyətlə, ölkəmizin keyfiyyətli siqaret ixrac etmək imkanı olduğu halda, idxalın bu qədər genişlənməsi çox mənfi faktor olaraq qəbul edilməlidir”.

P.Heydərov bu qədər idxalın artması yerli tütünçülüyü və yerli siqaret istehsalını tamamilə məhv etmək təhlükəsi ilə üz-üzə qoyur: “Buna ciddi diqqət yetirmək və bu sahəni nəzarətə götürmək vacibdir. Dövlət bir sıra məhsulların o cümlədən, tütün məhsullarının və alkoqollu içkilərin aksiz vergisini demək olar ki, hər il artırmaq siyasəti yeridir. Bu il ərzində də bu istiqamətdə bu il də addım atılıb. Belə bir fonda idxalın da genişlənməsi ciddi təhdiddir və ciddi nəzarət tələb edir”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Nazirliyin idarəsi məhkəmə qarşısında

“Qaçqınkom”un 685 minlik drenaj təmiri

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər məsuliyyətə cəlb olundular - VİDEO

66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirildi

Bakıdakı hotellərin qiymətinin qalxması nə ilə əlaqəlidir? – Ekspert

Nazirliklərin avtomobilləri hərracda satılır - Məbləğlər

Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi ®

Azərbaycanın neft bitumu ixracından əldə etdiyi gəlir 10 dəfə azalıb

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi (FOTO)

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi (FOTO)

Ötən ay 62 nəfərin diplomu tanınmayıb

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Startaplar bir-birinə dəstək verməlidir – İki tərəfə də qazanc gətirən metod

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında külək enerjisi ilə bağlı müqavilə imzalanıb

Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

Ağdamın Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinə köç ilin sonuna qədər başlayacaq

Ölənə qədər işləyənlər – Onlar neçə saat artıq işləyiblər?

Rəis ifadəsi üçün Bakıya gətirilib – Gömrük İdarəsində əməliyyat

Rəis ifadəsi üçün Bakıya gətirilib – Gömrük İdarəsində əməliyyat

Hansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır?

Şənbə gününün hava proqnozu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin