BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
40482

Bəzi bank kartlarına terminallar vasitəsilə pul daxil edərkən müxtəlif tipli məlumat istəyir. Bəziləri şəxsiyyət vəsiqəsinin fin kodunu, bəzisi doğum tarixini, bəzisi isə sadəcə kartın üstündə olan rəqəmləri tələb edir. Bu nə ilə əlaqədardır? Təhlükəsizlik məsələləri ilə bağlıdırmı? Niyə bəzi banklar müxtəlif forma tələb edirlər?

Bank məsələləri üzrə mütəxəssis Emin Mahmudov Valyuta.az-a bildirib ki, bu, bankların texniki olaraq sistemi vəsaitləri necə qəbul etməsindən asılıdır: "Kart nömrəsindən başqa digər məlumatların tələb olunmasının səbəbi təhlükəsizlik məsələləri ilə bağlıdır. Çirkli pulların yuyulması, terrorizmin dəstəklənməsi, qadağan olunmuş məhsullarının satışının qarşısının alınması üçün müxtəlif vasitələrdən istifadə olunur. Digər şəxsin kartına vəsait daxil edərkən həmin şəxsi tanımalıdır, anonim şəkildə kart nömrəsini yazaraq vəsait daxil etmək olmaz. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin məlumatlarını bilməlidir. Əvvəllər banklarda kassada müştərinin kartına vəsait daxil edərkən şəxsiyyət vəsiqəsi tələb olunurdu. Terminallar inkişaf etdikcə bu tələblər nisbətən azalıb".

Bank məsələləri üzrə mütəxəssis digər səbəblərdən də danışıb: "Ən geniş yayılmış səbəblərdən biri də bankların nisbətən öz işini rahatlaşdırması ilə bağlıdır. Hər kəs diqqətli olmur, bəzən öz kartına vəsait daxil etmək istəyən şəxslər bir-iki rəqəm səhv yazaraq vəsaiti digər şəxsin hesabına əlavə edir. Bu problemlərə bankın müraciət etməsi lazımdır və bankın burada müəyyən vaxtı və enerjsi gedir. Yanlışlıqla kartına vəsait daxil edilən şəxs məbləği qaytarmaqdan imtina edərsə, bəzən bu məsələlər məhkəməyə qədər gedib çıxır. Bu tip hallardan sığortalanmaq üçün yalnız kart nömrəsi ilə deyil, əlavə olaraq bəzi banklar şəxsiyyət vəsiqəsinin məlumatlarını da tələb edirlər. Bu, diqqətsizlik nəticəsində olunan texniki səhvlərin daha az olmasına xidmət edir".

E.Mahmudov bəzən müştərilərin kart nömrəsini daxil edərkən ad-soyadın çıxmasını tələb etdiyini vurğulayıb: "Bu da müştəri sirrinin qorunması məqsədi ilə həyata keçirilir. Müştəri məlumatlarınının verilməsinin qarşısını almaq məqsədilə bağlı bəzi banklar bu prosesdən imtina edirlər. Təəssüf ki, bu hallarda belə müştərilər tərəfindən müəyyən səhvlər olunur. Buna görə də banklar yalnız kart nömrəsi ilə deyil, əlavə şəxsiyyət vəsiqəsinin məlumatları ilə də kartın düzgünlüyünü yoxlamalıdırlar".

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi (FOTO)

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi (FOTO)

Ötən ay 62 nəfərin diplomu tanınmayıb

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Startaplar bir-birinə dəstək verməlidir – İki tərəfə də qazanc gətirən metod

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında külək enerjisi ilə bağlı müqavilə imzalanıb

Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

Ağdamın Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinə köç ilin sonuna qədər başlayacaq

Ölənə qədər işləyənlər – Onlar neçə saat artıq işləyiblər?

Rəis ifadəsi üçün Bakıya gətirilib – Gömrük İdarəsində əməliyyat

Rəis ifadəsi üçün Bakıya gətirilib – Gömrük İdarəsində əməliyyat

Hansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır?

Şənbə gününün hava proqnozu

Sağa və sola qırmızısı olmayan işıqforlar – şikayət və cərimə mənbəyi

Sağa və sola qırmızısı olmayan işıqforlar – şikayət və cərimə mənbəyi

Azərbaycanda 5 ulduzlu hotellərdə orta qiymət 46%-dən çox artıb

Kəlbəcər şəhərinin ümumi yaşayış fondu 488 min kvadratmetr təşkil edəcək

Hazırda ölkədə nə qədər qida duzu ehtiyatı var?

"Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir" - Sahil Babayev

İçərişəhərə giriş məhdudlaşdırılacaq

Müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtı açıqlanıb

Türkiyədə illik inflyasiya 70%-ə yüksəlib

Kəlbəcər şəhərinin Baş Planının detalları açıqlanıb

BP və tərəfdaşları Azərbaycandakı layihələrə 85 mlrd. dollar sərmayə qoyub

Avropada işləməyin asan olduğu ölkələr - TOP 10

Yüksək faizli depozit kampaniyası davam edir ®

İş müsahibəsində əvvəlki iş yerimizdən dava ilə ayrıldığımızı deməliyik?

İki ayda xaricdən 40 min ədədə yaxın paltaryuyan maşın almışıq

“EasyCep” Azərbaycanda fəaliyyətini genişləndirir ®

B2B bizneslər üçün nəticə verən yanaşmalar

B2B bizneslər üçün nəticə verən yanaşmalar

Marketlərin qarşısında yük boşaldan avtomobillərə niyə cərimə yazılır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin