BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
40330

Ermənistan parlamentinin dövlət və hüquq məsələləri komitəsi "xalq" və "əməkdar" fəxri adlarının ləğvi layihəsinə baxıb.

Valyuta.az xəbər verir ki, ədliyyə nazirinin müavini Armenuhi Arutyunyanın sözlərinə görə, Ermənistanda 17 fəxri ad var, məsələn, xalq artisti, əməkdar artist, əməkdar jurnalist, əməkdar mədəniyyət xadimi, əməkdar iqtisadiyyat işçisi və s. Onların hamısı ləğv olunacaq, yalnız "Əməkdar komanda" adı qalacaq.

Azərbaycanda da uzun müddətdir ki, sözügedən fəxri adların ləğv edilməsi vacibliyin gündəmə gətirilir. Amma buna baxmayaraq, hələ də sözügedən fəxri adlar saxlanılır və hətta yeri gəldi-gəlmədi yeni-yeni insanlar bu adlara layiq görülürlər.

Valyuta.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, sözügedən məsələ tədricən nizama salınmalı və standartlar qaldırılmalıdır ki, asanlıqla kiməsə fəxri adlar verilməsin:

“Bu çox cəsarətli qərar verilməsini tələb edən bir məsələdir. Çoxdan atılmalı addım idi, gecikib. Sovet dövründən qurtulan anda bu məsələni həll etməli və daha çox ağırlığı nominasiyalara verməli idik. Hazırda məsələnin həll edilməməsinin fəsadları ortadadır. Fəxri ad almaq az qala böyük bir xəstəliyə, rəqabətə çevrilib. Haqqı çatan çatmayan, hamı ona can atır. Haqqı çatmayan hansısa bir titul alırsa, haqqı çatanlar ona üsyan edir. Nəticədə sənət bir kənarda qalır və məsələ ancaq bu kimi intriqalar üzərində gedir. Bu da olduqca zərərli tendensiyadır. Əsas odur ki, sənətkar sənətlə məşğul olsun, həm də buna görə yaxşı pul qazansın. Amma hamı titul yaşırına qoşulanda, bu əslində tam yaxşı yaşayışı da təmin etmir, amma mənasız intriqalar içində sənətini də arxa planda qoyur. Məsələ peşəkar komissiyanın rəyinə əsasən həllini tapmalı, kriteriyalar dəqiqləşməlidir. Bu sahədə ciddi tənzimlənməyə ehtiyac var”.

Ramiz
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Nazirliklərin avtomobilləri hərracda satılır - Məbləğlər

Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi ®

Azərbaycanın neft bitumu ixracından əldə etdiyi gəlir 10 dəfə azalıb

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi (FOTO)

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi (FOTO)

Ötən ay 62 nəfərin diplomu tanınmayıb

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Startaplar bir-birinə dəstək verməlidir – İki tərəfə də qazanc gətirən metod

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında külək enerjisi ilə bağlı müqavilə imzalanıb

Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

Ağdamın Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinə köç ilin sonuna qədər başlayacaq

Ölənə qədər işləyənlər – Onlar neçə saat artıq işləyiblər?

Rəis ifadəsi üçün Bakıya gətirilib – Gömrük İdarəsində əməliyyat

Rəis ifadəsi üçün Bakıya gətirilib – Gömrük İdarəsində əməliyyat

Hansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır?

Şənbə gününün hava proqnozu

Sağa və sola qırmızısı olmayan işıqforlar – şikayət və cərimə mənbəyi

Sağa və sola qırmızısı olmayan işıqforlar – şikayət və cərimə mənbəyi

Azərbaycanda 5 ulduzlu hotellərdə orta qiymət 46%-dən çox artıb

Kəlbəcər şəhərinin ümumi yaşayış fondu 488 min kvadratmetr təşkil edəcək

Hazırda ölkədə nə qədər qida duzu ehtiyatı var?

"Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir" - Sahil Babayev

İçərişəhərə giriş məhdudlaşdırılacaq

Müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtı açıqlanıb

Türkiyədə illik inflyasiya 70%-ə yüksəlib

Kəlbəcər şəhərinin Baş Planının detalları açıqlanıb

BP və tərəfdaşları Azərbaycandakı layihələrə 85 mlrd. dollar sərmayə qoyub

Avropada işləməyin asan olduğu ölkələr - TOP 10

Yüksək faizli depozit kampaniyası davam edir ®

İş müsahibəsində əvvəlki iş yerimizdən dava ilə ayrıldığımızı deməliyik?

İki ayda xaricdən 40 min ədədə yaxın paltaryuyan maşın almışıq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin