BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
33233

Hazırda dünyada meyvə-tərəvəzin markalaşaraq bazarlara çıxarılması halları geniş yayılıb. Ancaq buna Azərbaycanda çox az rast gəlinir.

“Report” meyvə-tərəvəz istehsalçılarının məhsullarını brendləşdirərək bazarlara çıxarmaqdan çəkinməsinin səbəbini araşdırıb.

Bu məsələni şərh edərək Naxçıvanın sabiq kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov qeyd edib ki, markalaşma həm istehlakçılar üçün, həm də şirkətlər üçün faydalıdır: “Marka firmanın məhsullarını başqa firmaların məhsullarından ayıraraq onu fərqləndirir və müştərilər tərəfindən seçilməsini, satış bazarlarının genişlənməsini təmin edir”.

Ekspert deyib ki, markanın istehlakçılar üçün faydalarını, məhsulun mənbəyini göstərir, onun haqqında məlumat verir, bu isə, öz növbəsində istehlakçıya güvən verir: “Bir sözlə, istehlakçı marka ilə özünü ifadə edə bilir və əlavə dəyər yaradır”.

Azərbaycanda markalaşma səviyyəsi çox aşağıdır

“Markalaşmanın faydalarından da görmək olar ki, markalaşma təkcə yüksək rəqabətli bazarlar üçün deyil, bütün bazarlar üçün böyük əhəmiyyət kəsb edir. Markalaşma istehsalçının rəqabət üstünlüyünü təmin edir və bazarda rəqabətqabiliyyətliliyi artırır”, - deyə R. Orucov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda markalaşma səviyyəsi çox aşağıdır: “Lakin son illər istehsalçılar arasında bu sahəyə marağın artmasının şahidi oluruq” .

R.Orucov hesab edir ki, Azərbaycanda məhsulların brendləşərək təqdim edilməsi, daha çox ixracyönümlü məhsullarda müşahidə edilir: "Ölkənin daxili bazarında vahid bir brend adı altında məhsullarını təqdim edənlər çox azdır”.

O qeyd edib ki, bunun bir sıra səbəbləri var: “Bizim istehlak bazarımızın 95 %-i kiçik pay torpaqçıların payına düşür. Pay torpaqları 2,5 hektardan çox deyil. Belə torpaq sahəsində isə istehsal edilən məhsulun istehlak bazarında brendləşərək çıxış etməsi çox çətindir”.

Dünyadakı təcrübədən misal gətirərək eskpert bildirib ki, böyük market şəbəkələri kiçik istehsalçılarla müqavilə bağlayırlar və istehsal edilən məhsulun brendləşmə xərclərini market üzərinə götürür: “Bu məhsullar məhz marketlərin adları, yaxud da onların brendləri adı altında alıcılara təqdim edilir. Bu təcrübə bizim ölkədə geniş yayılsa çox gözəl olardı”.

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) İdarə Heyətinin sədri Fərhad Qaraşov "Report"a bildirib ki, nar istehsalçıları arasında da məhsullarını brendləşdirənlər çox azdır: “Ümumiyyətlə, iki-üç şirkət məhsullarını brendləşdirərək təqdim edir. Brendləşdirilmiş məhsullarını istehsalçılar adətən ixrac edir”.

O, nar istehsalçılarının brendləşməyə maraq göstərməməsinin səbəbini fermerlərin müstəqil bazarlara çıxışının olmaması ilə izah edir: "Fermer müstəqil bazarlara çıxmayanda onlar barədə məlumatsız olurlar. Məsələn, Rusiyada və digər ixrac olunan ölkələrdə hər hansı bir satış kanalı narın daşınması zamanı zədə almaması üçün məhsulun 4 qablaşma mərhələsinə əməl olunmasını üstün tutur. Bunlar, paletlərin düzülməsi, yeşiklərin yığılması, violların yeşiklərə yerləşdirilməsi və yeşiklərin salafanla bükülməsidir".

F. Qaraşov vurğulayıb ki, bu cur əlaqələrin qurulduğu zaman fermer də öz məsuliyyətini dərk edir və belə olan halda satış kanalı formalaşır: “Qarşı tərəfin tələblərini yerinə yetirəndə isə artıq istehsalçı da məhsullarını brendləşdirərək təqdim edir. İstehsalçı məhsulları xüsusi qablaşdırmada göndərəndə artıq məhsulun maya dəyəri artır, satış kanalı isə həmin artan xərci ödəyir. Lakin Azərbaycanda marketlərin əksəriyyəti narı adi formada tələb edir, xüsusi brendləşdirilməsi ilə bağlı tələbləri yoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin