
Ucuz və perspektivli kriptovalyutalar hansılardır? - Adları
Rəqəmsal texnologiyalar inkişaf etməsi, kriptovalyutaların qiymətlərinin artım perspektivləri investorların və sıravi vətəndaşların kriptovalyutalara diqqətini cəlb etməyi bacarıb. Kriptovalyutalar yüksək riskli maliyyə aktivi olsa da, son 5 ildə ən gəlirli investisiya alətlərindən birinə çevrilib. Bir çox investorlar üçün “Bitcoin” və “Ethereum” artıq kifayət qədər bahalı investisiya aktivinə çevrilib. Eyni zamanda, hazırda investisiya etmək üçün qiyməti daha ucuz və perspektivi yüksək olan kriptovalyuta axtarışında olanlar da çoxdur. Bəs hazırda investisiya üçün ucuz və perspektivli kriptovalyutalar hansılardır?
Kriptovalyutalar üzrə mütəxəssis, Crypto Consulting MMC-nin direktoru Elnur Quliyev valyuta.az-a açıqlamasında bildirdi ki, kriptovalyuta seçməmişdən öncə bu sahədən məlumatlı olmaq vacibdir: “Kriptovalyutalar bir investisiya mədəniyyətidir. İnvestisiya etmisinizsə, səbrli olub gözləməyi bacarmalısınız. Əgər sizin iqtisadi-texniki bilikləriniz, maliyyə bazarlarının iş prinsipi ilə bağlı məlumatlarınız kifayət qədər deyilsə, o zaman çalışın kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin”.
Mütəxəssis hazırda almaq üçün ən perspektivli kriptovalyutaları qeyd etdi:
DOT
SAND
MATİC
ALGO
AGİX
FLOW
CHZ
LINK
IMX
ATOM
ENJ
Qarakişi Vəlizadə
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay