BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8297
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1326
32529

Bu gün marketlərdən alış-veriş edən zaman müştərilərin qarşılaşdığı hallardan biri aldıqları məhsulların vitrin və kassa qiymətlərinin üst-üstə düşməməsidir. Onlar kassaya çatanda artıq məhsulun başqa qiymətlə hesablandığını görür. Bu da narazılıq yaradır. Bəzən şikayətlərinə müsbət cavab alınsa da, çox vaxt market işçiləri alıcıları inandırmağa çalışır ki, doğru olan kompüterdəki qiymətlərdir. 

Bəs bu məsələdə kim haqlıdır? Belə hallarla qarşılaşan müştəri məhsulu hansı qiymətə almalıdır? 

Valyuta.az bu və digər sualları marketoloq Pərviz Əzimovla müzakirə edib. 

Pərviz Əzimov deyib ki, bu problemlərin yaranmasının bir neçə səbəbi var. Əsasən bu səbəblər bir neçə texniki problemlərlə bağlıdır: 

“Birinci səbəb ondan ibarətdir ki, böyük marketlərdə çox çeşiddə mal satılır. Bir supermarketdə orta hesabla 25000 çeşiddə məhsul varsa, onların da 300-400-nün çeşidi gündəlik olaraq dəyişir. Yəni ya endirimə düşür, elə qiymət artımı olur və s. Bəzən texniki olaraq qiymət sistemdə yenilənsə də, market əməkdaşları çatdırıb hamısının qiymətini dəyişməkdə çətinlik çəkirlər. Məsələn, bu gün hansısa məhsul endirimdə olub, lakin endirimi gecə bitib, sabah isə 500 malın qiymətini dəyişmək lazımdır. Ancaq müştəri gələndə vitrində hələ də endirimli köhnə qiymətlər görür, lakin faktiki bu qiymət dəyişib, ancaq əməkdaş çatdırıb qiyməti dəyişə bilməyib. Onun qiymətləri dəyişməsi fiziki prosesdir, iş yüküdür. Səbəblərdən biri bu ola bilir. 

Bəzən əksi olur, məhsulun qiyməti qalxır, sistemdə dəyişib deyə əməkdaş yeni qiymət kağızını çap etməyi çatdırıb malın üzərinə yapışdıra bilmir. Bu səbəblərlə də kassadakı qiymətlərlə rəfdəki qiymətlər arasında fərq yaranır. 

İkinci səbəb bəzən o olur ki, çox çeşid satılan yerlərdə müştərilər bir məhsulu alırlar baxmaq üçün, bu zaman 300 qramlıq məhsulla 500 qramlıq məhsul yan-yana olur. Sonra bu məhsullar yerlərinə səhv qoyulur. Bu zaman da digər müştərinin gördüyü qiymət başqa olur”. 

Pərviz Əzimov deyib ki, bütün bunlara baxmayaraq, belə problemlər yarandıqda istehlakçının rəfdə gördüyü qiymət onun üçün əsas sayılır:

“Yəni istehlakçı istəsə, bunu kassadan tələb edə bilər ki, mağaza müştəriyə həmin malı rəfdə satılan qiymətə satsın. Bu onun hüququdur. 
Yaranma səbəbi texniki məsələlərdir, amma hüquq ona icazə verir ki, vitrində gördüyü qiyməti kassadan tələb etsin”. 

“Belə hallarla qarşılaşan müştərilər çox vaxt marketlərdə kobudluqla qarşılaşır, onlar “get, hara şikaət edirsən, et” deyilir. Müştəri bu halda şikayət edə bilərmi” sualına cavab olaraq Pərviz Əzimov deyib ki, müştəri şikayət edə bilər və bu məsələdə də tam haqlıdır:

“Bizim supermarket təcrübəmizdə də bu kimi hallar yaşanıb. Məsələn, müştəri saytda bir qiymət, mağazada digər qiyməti görüb. Məcbur olmuşuq ki, müştərinin gördüyü ən ucuz qiymət hansıdırsa, məhsulu o qiymətə sataq. Azərbaycan market idarə etməsində qəribə bir məsələ var. Bu kimi hallarda xətanı daha çox satıcıda görürlər. Satıcı da cəriməyə düşməmək üçün müştəriləri inandırırmağa çalışır ki, əsil qiymət sistemdə olan qiymətdir və siz məhsulu həmin qiymətə almalısınız. Marketlərin xətanı satıcıda görməsi isə səhv qərardır”. 

Davud
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ukraynada müəssisələr üçün valyuta məhdudiyyətləri dəyişdirildi

Logistika şirkətinə protokol tərtib edildi

Rusiyanın neft-qaz sənayesi kadr çatışmazlığı - 1,86 milyon işçi lazımdır

“Azəristiliktəchizat”ın maliyyə hesabatları yoxlanılacaq

Ən məşhur "Xiaomi" proqramlarından birində təhlükəli virus aşkarlandı

“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi

“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi

Avropa İttifaqı ölkələri LNG alışını kəskin azaldıb

COP29-la bağlı iki xəstəxana ayrılıb

Həyatımızın yeni trendi elektromobillər və xüsusiyyətləri – Batareyaları nə qədər təhlükəlidir?

Azərbaycan Mərkəzi Bankı beynəlxalq təşkilata üzvlüklə bağlı müraciət edib

20 mindən bahalı əmlak alanlardan bəyannamə tələbi niyə ləğv olundu? – Ekspert səbəbləri açıqlayır

Aqrar Sığorta Fondu: Hava şəraitinin dəyişməsi ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə 20 müraciət daxil olub

Növbəti hərraclara 49 əmlak çıxarılıb

“Zirə Gülçülük” məhkəmə qarşısında

Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb

KOB-lar və startaplar üçün investisiya cəlbi ilə bağlı vörkşop keçiriləcək

Rusiya neft məhsullarının xaricə tədarükü üzrə antirekord vurub

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Hansı şəxslərə 1380 manat veriləcək? - Deputat AÇIQLADI

Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat

“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq

Türkiyədə inflyasiya bu tarixdən təkrəqəmli olacaq

Cəsarət Valehov nazir müşaviri təyin olundu

Cəsarət Valehov nazir müşaviri təyin olundu

Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib

Sıradan çıxan gəmi üzündən Boğaziçində nəqliyyatın hərəkəti dayandırıldı

Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin