BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
32118

“Dünyanın 135 ölkəsində islam bankçılığı tətbiq olunur. Dünyada islam bankçılığının həcmi 4 trilyon dollara yaxındır. MDB məkanında, Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda, Rusiyada islam bankçılığı geniş şəkildə tətbiq olunur. Qazaxıstan hətta islam bankçılığı sahəsində qanunvericilik bazasına görə ilk 10-luqdadır. Azərbaycanda isə hazırda rəsmi şəkildə islam bankçılığı tətbiq olunmur”.

Bu sözləri valyuta.az-a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev dedi.

R.Atakişiyev deyir ki, ölkəmizdə islam bankçılığı istiqamətində əvvəllər müəyyən addımlar olub: “İslam bankçılığının ilk təzahürləri 1990-cı illərin sonlarında meydana gəlib. 1998-ci ildə Azərbaycanda "Kövsər Bank" yaranmışdı. 2000-ci illərin əvvəllərində “Nikoil bank”ın nəzdində İslam bankı pəncərəsi, 2013-cü ildə Beynəlxaq Bank İslam bankı departamentini qurmuşdu. Ancaq 2015-ci ilin fevral ayında baş verən devalvasiyadan sonra ölkədə islam bankçılığı ilə bağlı bütün təşəbbüslər dayanıb”.

İqtisadçı deyir ki, son dövrlərdə islam bankçılığı məsələsi Azərbaycanda yenidən aktuallaşıb: “Azərbaycanda da son dövrlər körfəz ölkələrindən maliyyə cəlb etmək məqsədilə aidiyyəti qurumlar müəyyən işlər aparır. Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiyanın cəlbində maraqlıdır. Buna görə də, Azərbaycanda islam bankçılığının tətbiqi prioritet məsələlərdən birinə çevrilib. Aparılan araşdırmalara görə, ölkəmizdə islam bankçılığı yarandığı təqdirdə bank sektorunda müştərinin 10 faizi bu istiqamətin payına düşəcək. Həcmi isə 800 milyon - 1 milyard manat arasında dəyişəcəyi gözlənilir və bu rəqəmlər Azərbaycan maliyyə bazarları üçün ciddi rəqəmlərdir”. 

İqtisadçı bildirdi ki, yalnız bir neçə maliyyə təşkilatı islam bankçılığı istiqamətində müəyyən addımlar atıb: “Beynəlxalq təşkilatlarla müqavilə çərçivəsində kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı bəzi layihələr var. Məsələn, “TuranBank”, “Rabitəbank” tərəfindən İslam İnkişaf Bankının tərkibindəki İslam İnkişaf Korporasiyası və Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası ilə fəal əməkdaşlıq çərçivəsində kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı hər bank 10 milyon dollar məbləğində vəsait əldə ediblər. Bundan başqa Xəzər Beynəlxalq İnvestisiya Şirkəti vasitəsilə şəriklik əsasında islam maliyyə alətlərindən də istifadə olunur. Gələcəkdə isə mövcud banklarda İslam bank pəncərələrinin açılması nəzərdə tutulur”.

R.Atakişiyev sonda qeyd etdi ki, islam bankçılığının tətbiqi üçün qanunvercilikdə müvafiq düzəlişlərə ehtiyac var: “Xüsusilə də banklar haqqında qanuna, vergi məcəlləsi, mülki məcəlləyə və s. düzəlişlər etməyə ehtiyac var”.

Qarakişi Vəlizadə
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rumen Radev: COP29-un keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq

Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO

İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Sabaha olan hava proqnozu

May pensiyaları ödənildi

Dolların məzənnəsinin rusiyalıların gündəlik həyatına necə təsir etdiyi məlum oldu

Sosial mühit iş həyatına nə qədər təsir edir?

Məleykə Abbaszadə: İştirakçı sayı 10 mindən az olan imtahanlar elektron formatda keçiriləcək

Dörd ayda istehlakçılara 59 mln. manatdan çox ƏDV qaytarılıb

Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

“Ölkədə taksi sayının tənzimlənməsi real görünmür” – Ekspert

Ölkədə fərdi sahibkarlar əsasən hansı sahələrdə fəaliyyət göstərir?

2024-cü ildə ən çox satılan smartfon hansıdır? - SİYAHI

Orta aylıq əməkhaqqı ilə bahalı restoranları necə ziyarət edə bilərik?

Ayda neçə dəfə işdən icazə almaq olar?

Məşhur iş adamlarından qızıl kimi 5 tövsiyə

Bitcoin və Etherium yenidən ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 7,3 milyard manatdan çox olub

ADY-nin qatarları ilə səfər edənlərin sayı 22 %-ə yaxın artıb

Mayın 9-da Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək

Yaxın aylarda Şuşa "DOST" mərkəzi istifadəyə veriləcək

Neft Fondu bu investisiyalardan 5 milyard dollar qazanıb (SİYAHI)

Məşhur yerli kosmetika şirkəti kapitalını azaldır

Zaqataladakı dönərxananın sahibi danışdı, problemin səbəbini açıqladı (VİDEO)

Türkiyənin ən böyük ailə şirkətinin qurucusunun uğur hekayəsi

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu (FOTO)

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu (FOTO)

Bağlanan şərab zavodu açılır?

Həcc ziyarərinə gedən bu şəxslər cərimələnəcək

Azərbaycanda lombarda 1 milyon manat investisiya qoyulub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin