BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
47727

Rublun dollara nisbətdə zəifləməsi ilə Rusiyada illik inflyasiya 0,5-0,6 faiz bəndi artıb. 

Valyuta.az xəbər verir ki, bu barədə Gazeta.Ru-ya BCS World of Investments şirkətinin investisiya strateqi Aleksandr Baxtin bildirib.

Yəni, şərti olaraq, illik inflyasiya 7,7% səviyyəsində olub (Rosstatın məlumatına görə, 2024-cü ilin aprelində olduğu kimi) və rublun məzənnəsi dollara nisbətdə aşağı düşdüyü halda 8,2-8,3% olub.

“Valyuta məzənnələrinin dəyişməsi təbii olaraq idxal olunan elektronika, məişət texnikası və avtomobillərin qiymətinə ən həssas şəkildə təsir edir; müvafiq olaraq, məzənnənin dəyişməsi rusiyalıların inflyasiya gözləntilərinə təsir edir - rubl zəifləyəndə böyüyür, milli valyuta möhkəmlənəndə və ya sabit qalanda isə azalır”, - Baxtin izah edib.

Onun sözlərinə görə, Rusiya istehlakçıları, biznes və bütövlükdə iqtisadiyyat üçün ən əlverişli vəziyyət rubl/dollar məzənnəsinin uzun müddət ərzində əhəmiyyətli sapmalar olmadan formalaşmasıdır. Belə ki, 2024-cü ilin əvvəlindən dollar ümumən 90 rubldan bir qədər yuxarıdır. Maliyyə orqanlarının məzənnəni sabitləşdirmək üçün alətləri var - xüsusilə, ixrac gəlirlərinin məcburi repatriasiyası və satışı qaydası, gündəlik valyuta intervensiyaları, - investisiya strateqi qeyd edib. Onun qiymətləndirməsinə görə, mayda rublun məzənnəsi təxminən indiki səviyyədə qalacaq. Baxtin sözlərinə görə, buna uyğun olaraq rusların inflyasiya gözləntiləri azalmağa davam edəcək.

Mərkəzi Bankın məlumatına görə, 2024-cü ilin aprelində rusiyalıların inflyasiya gözləntiləri 11%-ə düşüb. Mart ayında bu göstərici 11,5% təşkil edib. Sonuncu dəfə belə göstərici 2023-cü ilin iyulunda (11,1%) qeydə alınıb. Əhalinin apreldə inflyasiya ilə bağlı təxminləri bir ay əvvəlki 14,8%-dən 14,4%-ə düşüb və ötən mart ayına (14,3%) qayıdıb.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin