BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8297
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1326
31719
Mərkəzi Bankın iqtisadi müstəqilliyi artırılıb. İndi ölkənin bank, maliyyə, pul siyasətinin həyata keçirilməsində əsas söz sahibidir. Yeni səlahiyyətlər qurumun manatın məzənnəsi ilə bağlı siyasətinə də təsir edə bilər.

Bu günlərdə parlamentdə "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna edilən əlavə və dəyişikliklər Mərkəzi Bankın müstəqilliyini bir qədər də artırıb. Qanunvericiliyə görə, artıq hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanı, fiziki və hüquqi şəxslər onun fəaliyyətinə bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya bilməz. Bəs Mərkəzi Bank səlahiyyətlərinin artırılmasından istifadə edərək gələcəkdə zərurət görərsə, müstəqil şəkildə manatı üzən məzənnəyə keçirə bilərmi? Mövzuyla bağlı "Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Bank məsələləri üzrə ekspert Xəyal Məmmədli dedi ki, Mərkəzi Bankın müstəqilliyinin artırılması yaxşı haldır, amma məsuliyyətlidir: "Mərkəzi Bankın müstəqilliyinin artırılması ilə bağlı qanunvericiliyə dəyişiklik olunması dünya praktikasında da müsbət hal kimi qiymətləndirilir.

Əksər inkişaf etmiş ölkələrdə Mərkəzi Bank tam müstəqildir. Bu dəyişiklikdən sonra artıq o, qərar verməyə, cəlb edilmiş və yerləşdirilmiş vəsaitlərə, maliyyə bazarlarındakı iştirakına görə özü məsuliyyət daşıyacaq. Eyni zamanda, pul və məzənnə siyasətini müstəqil şəkildə müəyyən edəcək və həyata keçirəcək. Bu dəyişiklik Mərkəzi Bankın qərarlarının müstəqil şəkildə verilməsi üçün geniş imkanlar yaradacaq. Eyni zamanda, məsuliyyəti də artacaq. Çünki verilən qərarların nəticələri ilə bağlı Mərkəzi Bank məsuliyyət daşıyır”. 

Üzən məzənnəyə keçid qiymətləri artırar

Ekspertin sözlərinə görə, manatla bağlı üzən məzənnəyə keçidin ağır nəticələri ola bilər. Üzən məzənnəyə keçidlə bağlı əvvəllər də imkan olub. İndi qanunvericiliyə edilən dəyişikliklə Mərkəzi Bankın müstəqilliyi artırılıb: "Yəni üzən məzənnəni həyata keçirmək mümkündür. Amma hazırda dünyada baş verən proseslər, qiymət artımı, inflyasiya və s. fonunda üzən məzənnənin idarə olunmasının dövlət üçün iqtisadi nəticələri ağır ola bilər. Bu səbəbdən, məzənnənin hazırda dövlət tərəfindən tənzimlənməsi daha məqsədəuyğundur. Üzən məzənnənin olması və yaxud sabit məzənnənin saxlanılması dövlət siyasəti idi. İndiki halda isə Mərkəzi Bankın siyasətidir.

Bu baxımdan düşünürəm ki, Mərkəzi Bank dərhal üzən məzənnəyə keçməyəcək. Bunun üçün uyğun iqtisadi şəraiti gözləməli, müəyyənləşdirməlidir ki, hazırda ölkədə, dünyada makroiqtisadi vəziyyət necədir. Ona uyğun şəkildə qərar verməlidir. Üzən məzənnəyə keçid üçün daha ciddi zəminin olması lazımdır”.

Yeni sistemə keçid işləri çətinləşdirər

X.Məmmədli bildirdi ki, üzən məzənnə firmalara, müəssisələrə, biznes qurumlarına da ziyandır: "İqtisadiyyatda bir sıra məhsullar idxalla təmin olunur. İdxal edən firmalar sabit məzənnə olduqda, gələcək planlarını daha uzunmüddətli həyata keçirə bilirlər. Bu, dövlətin müəyyən idxal məhsulları ilə təmin olunmasında da işi asanlaşdırır. Amma məzənnə tez-tez dəyişdikdə müəssisələrin işi həddindən artıq çətinləşir. Hansı məhsul hansı qiymətə alınacaq? Hansı tarixdə məzənnə necə olacaq? Bu amillər qeyri-dəqiq olduğu üçün qərarların verilməsi mümkünsüzləşir. Bütün biznes bundan əziyyət çəkir. Dövlətlə çalışan həm fiziki şəxslər, həm biznes qurumları bilir ki, bu gün məzənnə 1,70 səviyyəsindədir, sabitdir və ona uyğun, rahat şəkildə işlərini görə bilirlər. 3-5 ildən sonra hansısa yeni məzənnə təyin olunanda da itki bir dəfə baş verir. Sabit məzənnə olduqda dövlət itkiləri əldə etdiyi gəlirlərlə özü kompensasiya edir”.

"Mərkəzi Banka necə işləməli olduğunu deyə bilməzlər”

İqtisadçı Xalid Kərimlinin fikrincə, Mərkəzi bankın müstəqilliyi çox vacibdir: "Dünyanın hər yerində Mərkəzi Bank maksimal müstəqilliyə sahibdir. Hətta prezidentlər Mərkəzi Bankın idarə heyətini formalaşdırandan sonra onlara tapşırıqlar verə bilmir. Prezident idarə heyəti üzvünü təklif edir, parlament təsdiqləyir. Amma Mərkəzi Banka necə işləməli olduğunu deyə bilməzlər”.

X.Kərimli qeyd etdi ki, Mərkəzi Bank müstəqil olsa da, dövlətin siyasətinə uyğun hərəkət etməlidir: "Bu qanunun qəbulu ilə Mərkəzi Bankın manatın məzənnəsi üzərində hər hansı mövqe dəyişikliyi edəcəyini güman etmirəm. Müstəqillik olmayanda da Mərkəzi Bank manatın məzənnəsi üzərində tək hüquqa malik idi. Mərkəzi Bank faktiki olaraq müstəqil kimi görünsə də, yenə də dövlətin bir qurumudur. Buna görə də dövlətin siyasətinə və baxışlara uyğun siyasət formalaşdırmalıdır.

2015-ci ildə Mərkəzi Bankın müstəqilliyini təsdiq edən qanun yox idi, amma məcbur vəziyyətdə məzənnəni dəyişdi. Hətta bir il ərzində üzən məzənnə siyasətinə keçildi. Fors-major hallar olanda bu siyasət həyata keçirilə bilər. Amma  qanuna dəyişikliklər edildikdən sonra "Mərkəzi Bank üzən məzənnəyə keçəcək” kimi proqnozlar vermək doğru deyil”.

Üzən məzənnəyə keçid planı var, amma...

İqtisadçı ekspert düşünür ki, hazırda iqtisadiyyatımız da bu siyasəti həyata keçirmək üçün hazır deyil: "Mərkəzi Bankın uzunmüddətli perspektivdə manatı üzən məzənnəyə keçirmək planı var. Amma bunun üçün iqtisadiyyatın, ixracatın yeni rejimə hazır olması lazımdır. Hazırda əlverişli mühit yoxdur. Bu, iqtisadiyyatımızın strukturu, ixracatımızın vəziyyəti ilə əlaqədardır. Bunlar qaydaya düşəndə tədricən üzən məzənnəyə keçilə bilər”.

Mənbə: "Kaspi" qəzeti
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ChatGPT "insanlıq testində" tələbələrlə “yarışdı” – Kim daha uğurlu oldu?

Qlobal iqtisadiyyat üçün əsas risklər açıqlandı

"Sahil-A" MTK məhkəmə qarşısında

Avstraliya şirkəti müştəriləri aldatdığına görə 66 milyon cərimə ödəyəcək

Nazirlik 636 min manatlıq banket xidməti alır

Latviya aviadaşıyıcısı hakimiyyətdən Rusiyadan mal almağı yasaqlamamağı xahiş etdi

Universitet 110 min manatlıq avtomobil alır

Universitet 110 min manatlıq avtomobil alır

"Apple" ilk "iPhone Slim"i buraxmağa hazırlaşır

"RİCH MOTORS" gömrük qaydalarını pozub

Türkiyənin ixracatı İsrailə sanksiyalara görə hədəfdən aşağı düşə bilər

Hərracların Təşkili Mərkəzi ilə keçmiş işçisi arasında qalmaqal

Ukraynada müəssisələr üçün valyuta məhdudiyyətləri dəyişdirildi

Logistika şirkətinə protokol tərtib edildi

Rusiyanın neft-qaz sənayesi kadr çatışmazlığı - 1,86 milyon işçi lazımdır

“Azəristiliktəchizat”ın maliyyə hesabatları yoxlanılacaq

Ən məşhur "Xiaomi" proqramlarından birində təhlükəli virus aşkarlandı

“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi

“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi

Avropa İttifaqı ölkələri LNG alışını kəskin azaldıb

COP29-la bağlı iki xəstəxana ayrılıb

Həyatımızın yeni trendi elektromobillər və xüsusiyyətləri – Batareyaları nə qədər təhlükəlidir?

Azərbaycan Mərkəzi Bankı beynəlxalq təşkilata üzvlüklə bağlı müraciət edib

20 mindən bahalı əmlak alanlardan bəyannamə tələbi niyə ləğv olundu? – Ekspert səbəbləri açıqlayır

Aqrar Sığorta Fondu: Hava şəraitinin dəyişməsi ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə 20 müraciət daxil olub

Növbəti hərraclara 49 əmlak çıxarılıb

“Zirə Gülçülük” məhkəmə qarşısında

Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb

KOB-lar və startaplar üçün investisiya cəlbi ilə bağlı vörkşop keçiriləcək

Rusiya neft məhsullarının xaricə tədarükü üzrə antirekord vurub

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin