BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
20751

İqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım qeydə alınır, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində problemlər yaranır. Həmin problemlərin Azərbaycanda yaşanmaması üçün Baş nazir Əli Əsədov “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərar imzalayıb. Sənəddə müəyyən edilib ki, siyahısı müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçiriləcək.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Report"a bildirib ki, Nazirlər Kabinetinin son qərarı daxili bazarı qorumaq, ərzaq və təminatda stabilliyi tam təmin etmək məqsədi daşıyır.

Onun sözlərinə görə, bu qərar hər hansı bir ərzaq qıtlığının olması anlamına gəlmir:

"Dünya və region bazarında bir sıra ərzaq məhsullarının qıtlığı müşahidə edilir. Bu baxımdan da ölkəmizdə preventiv tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bunu etməkdə isə məqsəd minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları üzrə həm ehtiyatlarının genişləndirilməsi, həm də bütövlükdə ərzaq təminatında stabilliyinin tam olaraq qorunub saxlanılmasına nail olmaqdır. Azərbaycan hökuməti öncədən də ərzaq təhlükəsizliyi məsələsini prioritetləşdirmişdi. Ona görə də ərzaqla təminatda hər hansı bir çətinlik müşahidə edilməmişdi. Ancaq növbəti dövrlərdə region bazarında ərzaq qıtlığı probleminin artacağını nəzərə alaraq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi olduqca vacibdir".

Deputat yeni qərarın praktiki olaraq hüquqi şəxslərin bütövlükdə ixracatının qadağan olunması deyil, tənzimlənməsi məqsədi daşıdığını deyib:

"Bu zaman İqtisadiyyat Nazirliyi tərəfindən ixrac olunacaq məhsulların ehtiyatlarına baxılacaq. Əgər həmin məhsulların ölkə daxilində ehtiyatları çoxdursa həmin məhsulların ixracatında hər hansı bir problem olmayacaq. Ancaq həmin məhsulun ixracatı bütövlükdə ehtiyatların formalaşdırılmasına mənfi təsir göstərsə bu zaman onun ölkədən çıxarılması arzuolunan hesab edilməyəcək. Həm də bu zaman bütövlükdə hökumət tərəfindən üç aylıq ehtiyatlara baxılacaq və buna təsir göstərə biləcək faktorlar nəzərə alınacaq".

V.Bayramova qeyd edib ki, fiziki şəxslər tərəfindən də məhsulların aparılması ilə bağlı hər hansı bir qadağa yoxdur:

"Hesab edirəm ki, bu qərarın qəbul edilməsi hər hansı bir ərzaq qıtlığının olması anlamına gəlmir. Məqsəd daxili bazarın qorunması, təminatın sabitliyinin təmin olunmasıdır. Hökumət əsas ərzaq məhsulları ilə təminata dair zəruri tədbirləri görür və bu tədbirlər ən zəruri qida məhsulları ilə bağlı qıtlığın olmayacağına təminat vermək iqtidarındadır. Onu da qeyd edim ki, ölkədə hər hansı zəruri ərzaq məhsulu ilə bağlı qıtlıq yoxdur və gözlənilmir. Qərar bütövlükdə vəziyyətin, xüsusən də ehtiyatların genişləndirilməsinin tənzimlənməsi və bütövlükdə proseslərin növbəti dövrlərdə də nəzarətdə olması, daxili bazarın qorunması, vətəndaşlarımızın ərzaq təminatı və təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Bu baxımdan da qərar ilin sonunadək qüvvədə olacaq. Növbəti dövrlərdə də ərzaq təminatının gücləndirilməsi, ərzaqla bağlı ehtiyatlarımızın genişləndirilməsi hökumət üçün prioritet olacaq. Azərbaycan hökuməti qabaqlayıcı tədbirlərlə dünya bazarında baş verən qiymət artımlarının, ərzaq qıtlığının daxili bazarda təsirlərini minimumlaşdırmağa çalışır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir (YENİLƏNİB)

Təhsil haqqı dövlət tərəfindən ödənilən şəxslərin yuxarı yaş həddinə yenidən baxıla bilər

Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur

Səyahət edərək necə pul qazanmaq olar?

2027-ci ildə yeni nəsil smartfonlar olacaq

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaq

Jurnalistə vəzifə verildi (FOTO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Monqolustan və Britaniya nadir torpaq metalları sahəsində əməkdaşlıq edəcək

Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli

Paytaxtda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Kiloqramı 20-25 manat olan çay xaricdən 8 manata alınır – Alış ilə satış arasında niyə bu qədər fərq var?

Avro və rubl bahalaşdı – Məzənnə

Bitcoin və Etherium nə qədər ucuzlaşıb? - Kriptovalyutaların qiymətləri

Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu

Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb

Ağdamda iki hotel tikilir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı

ABŞ Ukraynaya silah tədarükü üçün 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır

100 ildir itdiyi düşünülən əsər 30 milyona satıldı

Bu il neft 100 dollara çata bilər – Dünya Bankı

Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB

Dünyada plastik tullantıların böyük hissəsinin səbəbkarı olan 5 şirkət (SİYAHI)

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin