BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
18359

Sosial şəbəkələrdə Covid-19 pasportu olmayan valideynlərin direktorlar tərəfindən məktəblərə buraxılmaması barədə məlumatlar yayılıb. Buna səbəb kimi Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın Covid-19 pasportu ilə bağlı tələbi əsas göstərilir.

Qarşı tərəf isə Təhsil naziri Emin Əmrullayevin “valideynlərdən heç bir Covid-19 pasportu tələb etmirik” açıqlamasına söykənərək, təhsil müəssisələrinə rahat girib-çıxmaq hüquqlarının olduğunu iddia edirlər.

 

Maraqlıdır, Covid19 pasportu olmayan valideynlər məktəblərə buraxılmayaacq? Ümumiyyətlə, bu məsələ necə tənzimlənməlidir?

 

Valyuta.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov Yenisabah.az-a açıqlamasında Covid-19 pasportu olmayan şəxslərin tədris müəssisəsinə buraxılmamasının düzgün olduğunu söyləyib:

“Pandemiya dövründə qaydalara riayət etmək hər kəsin borcudur. Tədris müəssisələrinə Covid-19 pasportu olmayanların buraxılmaması doğrudur. Həmin valideynlər restoranlara, ictimai iaşə obyektlərinə gedəndə onlardan Covid-19 posportu yoxlanılır. Olmayanlar içəri buraxılmır. Bunu da normal hesab edirlər. Lakin məktəblərdə bu normal hesab edilmir”.

Ekspertin sözlərinə görə, tədris müəssisələri yoluxma riskinin daha yüksək olduğu yerdir:

“Təhsil elə bir yerdir ki, hər 10 ailədən 3-ü birbaşa buraya aiddir. Ola bilər ki, yoluxmuş şəxs və yaxud konkret olaraq hazırda Covid-19-un daşıyıcısı olan biri təhsil müəssisəsinə daxil olan zaman digər şəxslərə bunu yoluxdura bilər. Bu zaman yoluxma riski daha çox olur. Ona görə Təhsil Nazirliyi bu məsələdə mövqeyini ortaya qoyub.Ümumiyyətlə, koronavirus pasportu olmayan valideynlərin təhsil müəssisəsinə buraxılmaması normaldır. Yenidən yoluxma hallarının baş verməməsi üçün belə bir tələbin qoyulması anlaşılandı və burada qanunvericiliyə zidd hər hansı bir addım yoxdur”.

K.Əsədov valideyni vaksin olunmayan şagirdlərin tədris prosesindən uzaqlaşdırılması kimi bir qərarın olmadığını qeyd edib:

“Belə bir məsələ var idi ki, valideyni vaksin olunmayan uşaqlar məktəbə buraxılmayacaq. Lakin belə bir tələb yoxur. Valideynin vaksin olunub-olunmaması uşağın məktəbə gedişi ilə bağlı hər hansı bir məhdudiyyət yaratmır.

Şagird tədris prosesindən kənarlaşdırılmır. Amma valideyn məktəbə buraxılmır. Uşağın məktəbə gəlməsi ilə bağlı isə heç bir problem yoxdur. Bununla bağlı qanunvericilikdə, daxili nizam-intizam qaydalarında məhdudiyyət yoxdur. Lakin valideyn vaksin olunmayıbsa, məktəbə özü gələ bilməz, uşağı gələ bilər”.

Mənbə: Yenisabah.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

İcbari Tibbi Sığorta Agentliyi nəyi öyrənmək istəyir? - Sorğu

Doqquz il qarajda “yatdıqdan” sonra hərraca çıxarılan “Porsche”nin hekayəsi

ABŞ-da tibb bacıları süni intellektin səhiyyədə istifadəsinə etiraz edirlər

“As İnşaat” müqaviləsiz işçi işlədib?

Rusiya şirkətlərinin 60%-dən çoxu hələ də Microsoft-dan istifadə etməyə davam edir

"Nokia" 4G və USB-C dəstəyi ilə yeni funksiyalı telefon buraxdı

Mərakeşdə “Şuşa günləri” keçiriləcək

"Xalq-City" MTK-ya protokol yazıldı

MAQATE: Zaporojye AES-də vəziyyət gözlənilməz olaraq qalır

Ailəsi ilə birgə öldürülən direktorun yerinə - Təyinat

“Azərterminalkompleks”in işdən çıxarılan əməkdaşı məhkəməyə üz tutdu

Bakının bu rayonunda qaz kəsiləcək

Trampın müşavirləri dollardan imtina etmək istəyən ölkələrə qarşı...

Fermerlərə pulsuz hüquqi yardım göstəriləcək

Kirayə mənzil bazarında qiymət artımı, bazardan çıxan evlər – Problemin həlli nədir?

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib (YENİLƏNİB)

3 ayda Türkiyədən aldığımız zeytun və zeytun yağı alışında 44% artım olub

Büdcədə 3 milyardlıq profisit - Uşaqlar üçün hansı sosial layihələr həyata keçirilə bilər?

"Xalq Bank" geriləməyə başlayıb - Aktivlərdə 45 milyon, kreditlərdə 26 milyonluq azalma

Azərbaycanda ilk dəfə "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Üç ayda bu məhsulun xaricə satışından 100 milyon dollara yaxın gəlir əldə etmişik

Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin