Ekologiya
20.03.2024 / 10:07
BMT tarixin ən isti ilini açıqlayıb
44740
Ümumdünya Meteorologiya Təşkilatının (WMO) dərc etdiyi hesabata əsasən, 2023-cü il BMT müşahidələri tarixində ən isti il olub.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş hesabatı şərh edərkən deyib.
Antonio Quterreş qeyd edib ki, bəzi göstəricilərin təkcə ən yüksək deyil, çox yüksək olduğu, iqlim dəyişikliyi getdikcə daha sürətlə baş verib.
"Qlobal istiləşmənin nəticələri kəskin, qəddar və ölümcül güclə böyüyür", - o deyib.
WMO-nun hesabatına görə, 2023-cü ildə karbon qazı emissiyaları, Yer səthinin temperaturu, okeanların temperaturunun yüksəlməsi və buzlaqların əriməsi rekordları qırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay