Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir
Türkiyənin serial sektoru 2024-cü ildə ixrac etdiyi 300-dən çox layihə ilə 500 milyon dollardan artıq gəlir əldə edib.
Valyuta.Az Türkiyə mediasına istinadən xəbər verir ki, türk serialları 150-dən çox ölkəyə ixrac olunur. Rəqəmsal platformalar vasitəsilə bu rəqəm 200-ə yaxınlaşır.
Xüsusilə Orta Şərq və Latın Amerikası ölkələri başda olmaqla, ABŞ, Avstraliya və Avropa da daxil olmaqla Türk seriallarının çoxsaylı izləyiciləri var.
Televiziya ilə yanaşı, rəqəmsal platformaların istehsal etdiyi Türk seriallarının dünyada 1 milyard unikal izləyici tərəfindən izlənildiyi təxmin edilir.
Ötən il 300-dən çox yerli serialı ixrac etməyi bacaran Türk serial sektoru, 500 milyon dollardan artıq gəlir əldə edib.
Türkiyədə RTÜK lisenziyası ilə məzmun yayımlayan "Netflix"in son məlumatlarına görə, 2021-ci ildən bu yana 47 Türk serialı həftəlik Qlobal Top 10 siyahısında yer alıb. Yerli seriallar 92 ölkədə ən çox izlənənlər arasında yer tutub və tamaşaçı marağı ilə 4 il ərzində 184 həftə ərzində ölkələrin ən yaxşı 10 məzmunu siyahısına daxil olub.
Türk serialları, Mədəniyyət və Turizm Nazirliyinin xaricdə həyata keçirdiyi ölkə tanıtımı fəaliyyətlərinə marağı da artırır.
Serialların çəkildiyi məkanlara maraq göstərən çoxsaylı izləyicilər, Türkiyənin təşkil etdiyi ölkə tanıtma stendlərində həmin məkanlar barədə məlumat əldə etmək imkanı qazanır.
Bu isə Türkiyəyə turist cəlb etmək baxımından müxtəlif imkanlar təqdim edir.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay