Davosda 124 milyardlıq görüş - “Ağıllı dövr üçün əməkdaşlıq”
Qlobal iqtisadiyyat və iş dünyasının hər il maraqla gözlədiyi Davos Zirvəsi 20 yanvarda açılacaq.
Valyuta.Az xəbər verir ki, zirvəyə qatılacağını təsdiqləyənlər arasında "Larry Fink", "Ray Dalio" və "Marc Benioff" kimi milyarderlər yer alır. Bu şəxslərin ümumi sərvəti 124 milyard dollara çatır.
Bu il Davos Zirvəsinin mövzusu “Ağıllı dövr üçün əməkdaşlıq”dır. Zirvədə əsas müzakirə mövzuları borc yükündən və qlobal iqtisadiyyatdan başlayaraq, planetin qorunmasına qədər bir çox başlıqları əhatə edəcək.
Artan sərvət bərabərsizliyi və geosiyasi gərginliklərlə bağlı uzun müddətdir davam edən narahatlıqlar, bəzi iştirakçıların Davos Zirvəsinin 55-ci sessiyasını boykot etməsinə səbəb olsa da, bu tədbir dünyanın aparıcı liderləri üçün ən mühüm əlaqə qurma platforması kimi qalır.
Dünya İqtisadi Forumu tərəfindən yayımlanan bir sorğuya görə, 2025-ci ildə ən böyük qlobal risk silahlı münaqişələr olacaq. Rusiyanın Ukraynada apardığı müharibə və ABŞ-ın keçmiş prezidenti Donald Tramp kimi siyasi liderlər tərəfindən müdafiə olunan proteksionist çıxışların yüksəlişi də davam edən hərbi fəaliyyətlər arasında əsas risklər kimi göstərilir.
Zirvəyə təxminən 3 min iştirakçının qatılması gözlənilir.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay