Avropa İttifaqının Rusiyaya XV sanksiya paketi - "Kölgə donanması"
Avropa İttifaqının ("Aİ") hazırkı sədr ölkəsi Macarıstanın rəsmi sosial media hesabında edilən paylaşımda, "Avropa İttifaqı ölkələrinin səfirləri, Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq 15-ci sanksiya paketi üzərində razılığa gəldi" ifadəsi qeyd olunub.
Valyuta.Az-ın məlumatına əsasən paylaşımda həmçinin bildirilib ki, yeni sanksiyalar paketinə daha çox şəxs və qurum əlavə olunub. Bundan əlavə, ixrac məhdudiyyətlərini aşaraq Rusiyanın hərbi və texnoloji inkişafına dolayı yolla töhfə verən Rusiya və üçüncü ölkələrdəki qurumların da hədəfə alındığı vurğulanıb.
Yeni sanksiyaların, Rusiyanı dəstəkləmək məqsədilə fəaliyyət göstərən üçüncü ölkələrə məxsus gəmilərin fəaliyyətini də məhdudlaşdıracağı qeyd edilib.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen (Ursula von der Leyen) məsələ ilə bağlı paylaşımında, "Aİ və G7 tərəfdaşları Kremlə təzyiq göstərməyə davam etməkdə qətidir. Xüsusilə Rusiyanın 'kölgə donanmasını' hədəf alan 15-ci sanksiya paketi üzrə razılaşmanı məmnuniyyətlə qarşılayıram" ifadələrini işlədib.
"Aİ"nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndəsi Kaja Kallas (Kaja Kallas) isə, "Rusiyaya qarşı güclü təzyiqi davam etdirməliyik. XV sanksiya paketinin qəbul edilməsini görmək sevindiricidir" deyə bildirib.
Qərb ölkələrinin sanksiyalarına cavab olaraq Rusiyanın köhnə və yararsız tankerlərdən ibarət gizli bir "kölgə donanması" qurduğu iddia edilir.
"Aİ", müharibə səbəbilə indiyədək Rusiyaya qarşı 14 sanksiya paketi həyata keçirib. Bu çərçivədə Rusiya ilə ticarət, maliyyə, neft və kömür də daxil olmaqla enerji, sənaye, texnologiya, nəqliyyat, həm mülki, həm də hərbi məqsədlərlə istifadə edilə bilən (ikili istifadə) məhsullar, həmçinin lüks və bahalı məhsulların ticarətinə geniş miqyasda məhdudiyyətlər tətbiq edilib.
Dəniz yolu ilə daşınan xam neft və bəzi neft məhsullarının Rusiyadan "Aİ"yə göndərilməsinə qadağa, bəzi Rusiya banklarının beynəlxalq ödəniş sistemi "SWIFT"dən çıxarılması və bir çox media qurumlarının fəaliyyətinin dayandırılması da sanksiyalar siyahısındadır. "Aİ"nin sanksiyalar siyahısında 2300-dən çox şəxs və qurum yer alır.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay