BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7893
  • RUB
    1.6487
  • TRY
    0.0488
  • GBP
    2.1705
61258

ABŞ Xəzinə Nazirliyi noyabr ayına dair büdcə balansı hesabatını yayımlayıb.

Valyuta.Az-ın verdiyi xəbərə əsasən, 1 oktyabr 2024-cü ildə başlayan və 30 sentyabr 2025-ci ildə başa çatacaq 2025-ci maliyyə ilinin noyabr ayında federal hökumətin büdcə kəsiri 367 milyard dollar təşkil edib.

Federal hökumət keçən ilin eyni ayında 314 milyard dollarlıq büdcə kəsiri vermişdi. Beləliklə, büdcə kəsiri noyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 17 % artıb.

Bu dövrdə bazar gözləntiləri büdcənin noyabrda 349 milyard dollarlıq kəsir verəcəyi istiqamətində idi.

Hökumətin gəlirləri noyabrda keçən ilin eyni dövrü ilə müqayisədə 10 % artaraq 302 milyard dollara yüksəlib, xərcləri isə 14 % artaraq 669 milyard dollara çatıb.

Bu dövrdə büdcə kəsiri ilə yanaşı federal hökumətin gəlir və xərclərində də noyabr ayı üçün rekord qeydə alınıb.

İki aylıq büdcə kəsirində 64 % artım

ABŞ-da 2025-ci maliyyə ilinin ikinci ayı olan noyabrın yekununda ümumi büdcə kəsiri keçən ilin eyni dövrü ilə müqayisədə 64 % artaraq 624 milyard dollar təşkil edib.

Həmin dövr üçün büdcə kəsiri keçən ilin eyni ayında 381 milyard dollar səviyyəsində idi.

Maliyyə ilinin ilk iki ayında xərclər keçən ilin eyni dövrü ilə müqayisədə 18 % artaraq 1 trilyon 253 milyard dollara yüksəlib, gəlirlər isə 7 % azalaraq 629 milyard dollara enib.

ABŞ-ın büdcə kəsiri 2024-cü maliyyə ilində əvvəlki ilə nisbətən 8 % artaraq 1,8 trilyon dollara çatmışdı.

Federal hökumətin 2024-cü maliyyə ilindəki büdcə kəsiri ölkə tarixində ən böyük üçüncü büdcə kəsiri kimi qeydə alınmışdı.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Hər bir vətəndaş günəş enerjisi sistemini qura, artıq enerjini sata bilər"

Bakı və digər şəhərlərdə 200-dən çox bina qəzalı vəziyyətdədir

Ən çox əməkhaqqını onlar alır

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 4%-ə yaxın azalıb

11 ayda Azərbaycanda 53.8 mlrd. manatlıq məhsul satılıb

Dövlət xəstəxanasının direktor müavini özəl klinika açdı

Lənkəranın baş planı hazırlanır - 705 minlik layihə

Bəzi yerlərdə qar yağacaq

Ölkədə orta aylıq əməkhaqqı 8%-ə yaxın artıb

Əhalinin avtomobil yanacağına xərcləri 7% artıb

Bu ilin 11 ayında Azərbaycanda iqtisadi artım 4%-dən çox olub

Sıfırdan ev tikmək üçün nə etməliyik?

"AzerGold"un sədri və müavinləri dövlət şirkətindən nə qədər qazanır? - RƏQƏMLƏR

"AzerGold"un sədri və müavinləri dövlət şirkətindən nə qədər qazanır? - RƏQƏMLƏR

"Apple" və "Broadcom"un yeni əməkdaşlığı - "The Information"

Xankəndidə 5,2 milyon nizamnamə kapitalı ilə yeni şirkət yaradılıb

"Neptun" külli miqdarda borcunu ödəmir

Bəzi məktəblər niyə birləşdirilir?

Davos İqtisadi Forumunun növbəti qlobal araşdırması dərc olunub - "Bloomberg"

Davos İqtisadi Forumunun növbəti qlobal araşdırması dərc olunub - "Bloomberg"

Azərbaycanda tibbi kadrların vahid idarəetməsi ilə bağlı sənəd hazırlanıb

Mərkəzi Bank investisiya şirkətinin lisenziyasını ləğv etdi

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata nar satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Texnologiya nəhənglərinin "Nasdaq" birjasına təsiri - "Reuters"

ABŞ-da milyarder olan türkiyəli çobanın uğur hekayəsi

ABŞ-da milyarder olan türkiyəli çobanın uğur hekayəsi

Milyonlarla “YouTube” videoçarxları dublyaj ediləcək

"Zara"nın sahibi gözləntiləri qarşılaya bilmədi - "Reuters"

OMV şirkəti "Qazprom"la 2040-cı ilə qədər qüvvədə olan müqaviləyə xitam verdi

Ev almaq istəyənlərin nəzərinə! - Qiymətlər bahalaşacaq

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi

İki ən böyük birja fondunun yarım milyardlıq "Ethereum" alışı

İki ən böyük birja fondunun yarım milyardlıq "Ethereum" alışı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin