BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7893
  • RUB
    1.6487
  • TRY
    0.0488
  • GBP
    2.1705
61079

"Amazon"un təsisçisi Ceff Bezos "The New York Times"ın təşkil etdiyi "DealBook" sammitində uğura nail olmaq, çətinlikləri dəf etmək və imkanları düzgün dəyərləndirmək haqqında öz fikirlərini bölüşüb.

Valyuta.az xəbər verir ki, Bezos insan təbiətinin riskləri şişirtməyə və imkanları düzgün qiymətləndirməməyə meyilli olduğunu qeyd edib:

"Mənim müşahidələrimdən biri budur ki, ümumilikdə insan təbiəti riskləri olduğundan çox, imkanları isə olduğundan az dəyərləndirir".

O, sahibkarlara bu yanaşmanı dəyişməyi tövsiyə edir. Bezosun fikrincə, əslində risklər düşündüyümüzdən daha kiçik, imkanlar isə gözləniləndən daha böyükdür.

Ceff Bezos bildirib ki, uğurun qarşısını alan əsas səbəb xarici maneələr deyil, insanın öz düşüncə tərzidir. Əgər bir şəxs biznesini böyük bir səviyyəyə qaldıra bilməyəcəyinə inanırsa, demək olar ki, bu biznes kiçik miqyasda qalacaq.

Bezosun sözlərinə görə, insanlar çox vaxt müxtəlif çətinlikləri və riskləri təsəvvür etməkdə ustadırlar:

- maliyyə vəsaitinin çatışmazlığı;
- kadrların azlığı;
- məhsul istehsalı və ya çatdırılmasında çətinliklər.

Ancaq ən böyük maneə, ideyanın böyük bir biznesə çevrilə bilməyəcəyinə dair inamdır. Əgər uğur haqqında təsəvvür yoxdursa, ona nail olmaq ehtimalı da çox azdır.

Bezos vurğulayır ki, geniş düşüncə tərzi uğuru zəmanət vermir. Lakin dar düşüncə demək olar ki, hər zaman uğursuzluğa aparır. Əgər dar düşüncə "özünü doğruldan bir proroqnoz" kimidirsə, geniş düşünmək uğura gedən ilk addımdır.

Bu, sadə, amma güclü bir ideyadır: mümkün olanın sərhədlərini genişləndirin. Risklərə deyil, potensiala diqqət yetirin. Çünki Bezosun dediyi kimi, real imkanlar çox vaxt ilk baxışdan göründüyündən daha böyükdür.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Hər bir vətəndaş günəş enerjisi sistemini qura, artıq enerjini sata bilər"

Bakı və digər şəhərlərdə 200-dən çox bina qəzalı vəziyyətdədir

Ən çox əməkhaqqını onlar alır

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 4%-ə yaxın azalıb

11 ayda Azərbaycanda 53.8 mlrd. manatlıq məhsul satılıb

Dövlət xəstəxanasının direktor müavini özəl klinika açdı

Lənkəranın baş planı hazırlanır - 705 minlik layihə

Bəzi yerlərdə qar yağacaq

Ölkədə orta aylıq əməkhaqqı 8%-ə yaxın artıb

Əhalinin avtomobil yanacağına xərcləri 7% artıb

Bu ilin 11 ayında Azərbaycanda iqtisadi artım 4%-dən çox olub

Sıfırdan ev tikmək üçün nə etməliyik?

"AzerGold"un sədri və müavinləri dövlət şirkətindən nə qədər qazanır? - RƏQƏMLƏR

"AzerGold"un sədri və müavinləri dövlət şirkətindən nə qədər qazanır? - RƏQƏMLƏR

"Apple" və "Broadcom"un yeni əməkdaşlığı - "The Information"

Xankəndidə 5,2 milyon nizamnamə kapitalı ilə yeni şirkət yaradılıb

"Neptun" külli miqdarda borcunu ödəmir

Bəzi məktəblər niyə birləşdirilir?

Davos İqtisadi Forumunun növbəti qlobal araşdırması dərc olunub - "Bloomberg"

Davos İqtisadi Forumunun növbəti qlobal araşdırması dərc olunub - "Bloomberg"

Azərbaycanda tibbi kadrların vahid idarəetməsi ilə bağlı sənəd hazırlanıb

Mərkəzi Bank investisiya şirkətinin lisenziyasını ləğv etdi

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata nar satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Texnologiya nəhənglərinin "Nasdaq" birjasına təsiri - "Reuters"

ABŞ-da milyarder olan türkiyəli çobanın uğur hekayəsi

ABŞ-da milyarder olan türkiyəli çobanın uğur hekayəsi

Milyonlarla “YouTube” videoçarxları dublyaj ediləcək

"Zara"nın sahibi gözləntiləri qarşılaya bilmədi - "Reuters"

OMV şirkəti "Qazprom"la 2040-cı ilə qədər qüvvədə olan müqaviləyə xitam verdi

Ev almaq istəyənlərin nəzərinə! - Qiymətlər bahalaşacaq

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi

İki ən böyük birja fondunun yarım milyardlıq "Ethereum" alışı

İki ən böyük birja fondunun yarım milyardlıq "Ethereum" alışı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin