BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
48436

Böyük Britaniyanın nəzarət orqanları ölkə hakimiyyətinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların icrasına nəzarəti təmin edə bilmir. 

Valyuta.az xəbər verir ki, bu fikri Avropanın Politico nəşri bildirib.

Qəzetin yazdığına görə, Britaniya Maliyyə Sanksiyalarının İcrası İdarəsi Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri anti-Rusiya məhdudiyyətləri kontekstində Britaniya hüquqi şəxslərinə qarşı “sanksiya rejiminin pozulmasına görə bircə dəfə də olsun cərimə” tətbiq etməyib. “[Britaniya] şirkətlərinə qarşı praktiki olaraq heç bir məhdudlaşdırıcı tədbirin tətbiq edilməməsi iki mümkün variantdan yalnız birini göstərə bilər: ya onların hamısı sanksiyalara ciddi şəkildə əməl edir (bu da [Rusiya ilə sanksiyaya məruz qalan malların] üçüncü ölkələrdən keçən ticarətinin hələ də necə olacağı sualını doğurur.) və ya qaydaları pozduqda sadəcə tutulmurlar”, - sanksiya qanunvericiliyi üzrə ixtisaslaşmış və anonim qalmaq istəyən britaniyalı hüquqşünas bu məlumatlarla bağlı nəşrə şərh verib.

Məqalədə Böyük Britaniyanın 2024-cü ilin fevralında Böyük Vətən Müharibəsinin ikinci ildönümü ilə əlaqədar tətbiq etdiyi yeni anti-Rusiya məhdudiyyətlərinin də gözlənilən effekti verməyəcəyi proqnozlaşdırılır. Adının açıqlanmasını istəməyən başqa bir sanksiya mütəxəssisinin Politico-ya verdiyi məlumata görə, Britaniya səlahiyyətliləri yeni məhdudiyyətləri yalnız “artıq qüvvədə olan sanksiyaları tətbiq etməmək üçün bəhanə kimi” tətbiq ediblər.

Böyük Britaniya 2024-cü il fevralın 22-də Ukrayna ilə bağlı Rusiyaya tətbiq edilən sanksiyaların siyahısını 50 mövqe genişləndirib. O cümlədən, sanksiya siyahısına sursat istehsalçıları, həmçinin almaz və neft ticarəti ilə məşğul olan şirkətlər daxil edilib. Bundan əlavə, Rusiya Federasiyasına ixracı qadağan edilən avadanlıq və texnologiyaların siyahısı genişləndirilib.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin demişdi ki, Qərb ölkələrinin tətbiq etdiyi anti-Rusiya sanksiyaları “gözlənilənin tam əksi”nə nəticə verib. Putin xatırladıb ki, 2023-cü ildə Rusiya iqtisadiyyatı “dünya iqtisadiyyatından yüksək sürətlə” böyüyüb. 

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Google" "Chrome"un rekord sürətlə işlədiyini deyir, amma istifadəçilər narazıdır

3,1 milyon manat vergi borcu olan “Nubosta Trade” kimindir?

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Çin banklara "Labubu" kuklaları ilə müştəri cəlb etməyi qadağan etdi

“İnvest-Azem"in rəhbərinə “stop” qoyuldu

Məhkəmə “Euro Sport”u cərimələdi

Bələdiyyələrdə auditlər – 2024-cü ilin statistikası nə deyir?

Bakıdan bu istiqamətə əlavə reyslər təyin edildi

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert

Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

Koreya alimləri metal istifadə etmədən elektrik mühərriki yaratdı

Ən yüksək balı bu məktəbin şagirdi toplayıb

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Rektor özünə müşavir TƏYİN ETDİ

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib

Bu imtahanların nəticələri açıqlandı

Bu şirkət 1500 manat cərimələndi

“Təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir”

Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək

"Formula 1" Azərbaycan Qran-Prisi üçün bilet qiymətləri açıqlandı

İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir?

Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı

Dünyanın ən bahalı F1 avtomobilləri

Dünyanın ən bahalı F1 avtomobilləri

Bu universitetdə üç yeni ixtisas açıldı

Hərbi Prokurorluqda YENİ TƏYİNAT

Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb

Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır?

La Liqanın ən bahalı heyətləri - SİYAHI

19 yaşında tapdığı problem onu milyarder etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin