Çin ötən il xarici ölkələrdən neçə milyard dollarlıq istehlak malı alıb?
2023-cü ildə Çinin idxal etdiyi istehlak mallarının ümumi dəyəri 2022-ci illə müqayisədə 1,2 % artaraq 1,95 trilyon yuana (275 milyard ABŞ dolları) çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Çinin ticarət nazirinin müavini Şen Tsyupin Haykouda keçirilən IV Çin Beynəlxalq İstehlak Malları Sərgisinin açılış mərasimində bildirib.
"Çinin istehlak bazarı geniş imkanlara malikdir", - deyə o qeyd edib.
Çin rəsmisinin sözlərinə görə, ötən il ölkənin elektron kommersiya kanalları vasitəsilə, transsərhəd yolla idxal etdiyi malların ümumi dəyəri isə əvvəlki ilə nisbətən 7 % artaraq 141,7 milyard yuan (19,9 milyard ABŞ dolları) təşkil edib.
"2022-ci ildə ölkədə istehlak mallarının satışının ümumi dəyəri isə 2022-ci illə müqayisədə 7,2 % artaraq 47,1 trilyon yuan (6,6 trilyon ABŞ dolları) olmaqla yeni rekord müəyyən edib", - deyə Ş.Tsyupin əlavə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay