BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
33176

Amerika məhkəməsi “Novatek” şirkətinin İdarə Heyətinin keçmiş sədr müavini Mark Citveyi gəlirləri gizlətmək sxemini həyata keçirməkdə və ABŞ Daxili Gəlirlər Xidmətinə saxta sənədlər təqdim etməkdə ittiham edərək 7 il həbs cəzasına məhkum edib. 

Valyut.az xəbər verir ki, bu barədə Amerika Ədliyyə Nazirliyinin saytında bildirlib.

Məhkəmə bildirib ki, 2005-ci ildən 2015-ci ilə qədər Citvey əhəmiyyətli ofşor aktivlərinə sahiblik və nəzarəti gizlədib, vergi bəyannamələrini təqdim etməyib və milyonlarla dollar gəlirdən vergi ödəməyib.

Mark Citvey 1995-ci ildən Rusiyada işləyib, 2003-cü ildə “Novatek”in Direktorlar Şurasının üzvü seçilib, 2010-cu ildən isə şirkətin idarə heyətinin sədr müavini olub. 2019-cu ildə Citvey Rusiya vətəndaşlığı alıb.

Citvey 2021-ci ilin sentyabrında ABŞ-ın Florida ştatında həbs edilib. Buna səbəb onun ofşordakı aktivləri və gəlirləri barədə məlumatları gizlətməsi, həmçinin vergi ödəməkdən yayınması olub. Həbs olunduğu zaman onun İsveçrədəki iki bank hesabında 93 milyon dollardan çox pul olub. Bundan başqa, Citvey Rusiya vətəndaşı olan həyat yoldaşını pulun faktiki sahibi edib.

Citvey həbsdən çıxdıqdan sonra 3 il ABŞ hüquq-mühafizə orqanlarının nəzarətində olacaq, 350 min dollar cərimələnəcək və dövlətə 4 milyon dollar məbləğində kompensasiya ödəyəcək.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Google" "Chrome"un rekord sürətlə işlədiyini deyir, amma istifadəçilər narazıdır

3,1 milyon manat vergi borcu olan “Nubosta Trade” kimindir?

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Çin banklara "Labubu" kuklaları ilə müştəri cəlb etməyi qadağan etdi

“İnvest-Azem"in rəhbərinə “stop” qoyuldu

Məhkəmə “Euro Sport”u cərimələdi

Bələdiyyələrdə auditlər – 2024-cü ilin statistikası nə deyir?

Bakıdan bu istiqamətə əlavə reyslər təyin edildi

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert

Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

Koreya alimləri metal istifadə etmədən elektrik mühərriki yaratdı

Ən yüksək balı bu məktəbin şagirdi toplayıb

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Rektor özünə müşavir TƏYİN ETDİ

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib

Bu imtahanların nəticələri açıqlandı

Bu şirkət 1500 manat cərimələndi

“Təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir”

Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək

"Formula 1" Azərbaycan Qran-Prisi üçün bilet qiymətləri açıqlandı

İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir?

Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı

Dünyanın ən bahalı F1 avtomobilləri

Dünyanın ən bahalı F1 avtomobilləri

Bu universitetdə üç yeni ixtisas açıldı

Hərbi Prokurorluqda YENİ TƏYİNAT

Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb

Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır?

La Liqanın ən bahalı heyətləri - SİYAHI

19 yaşında tapdığı problem onu milyarder etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin