Zelenski Kissincer və iri iş adamları ilə Ukraynanın bərpasını müzakirə etdi
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer və nüfuzlu amerikalı iş adamları ilə görüşərək Ukraynanın yenidən qurulması səylərini müzakirə edib.
Valyuta.az xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.
Manhettenin mərkəzində "JPMorgan Chase Bank" tərəfindən çağırılan görüşdə Zelenski və Kissincerdən başqa "Google"un keçmiş baş direktoru Erik Şmidt, milyarderlər Robert Kraft, Mayk Blumberq, Bill Akman, Barri Sternlixt iştirak ediblər.
İclasda Ukraynaya iqtisadi dəstək və ölkənin yenidən qurulmasına sərmayə qoymağın yolları müzakirə olunub. Telekanalın məlumatına görə, müzakirə gözlənildiyindən daha uzun çəkib və son nəticədə məhsuldar hesab edilib. Baxmayaraq ki, CNN qeyd edir ki, görüşün Amerika biznes liderləri tərəfindən hər hansı möhkəm öhdəliklərə səbəb olub-olmadığı hələ aydın deyil.
Əvvəllər bildirilirdi ki, ABŞ prezidenti Co Bayden, çox güman ki, cümə axşamı, sentyabrın 21-də Ukraynaya növbəti hərbi yardım paketinin ayrılmasını elan edəcək.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay