
Dünya
10.05.2022 / 18:45
ABŞ-da benzin qiyməti rekord həddə bahalaşdı
ABŞ-da benzin qiyməti növbəti dəfə rekord vuraraq bir qallon (3,7 litr) üçün 4,4 dollara çatıb.
Trend-in məlumatına görə, bu barədə Amerika Avtomobil Assosiasiyası bildirib.
Ölkədə bundan əvvəlki rekord mart ayında qeydə alınmışdı. O zaman benzinin bir qallonu 4,37 dollara çatmışdı. Assosiasiya nümayəndələrinin fikrincə, ABŞ-da benzinin bahalaşmasının səbəbi dünya neft qiymətlərinin 100 dollar həddini keçməsi ilə əlaqədardır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay