Avropada işləmək istəyənlərə şad xəbər - YENİLİK
Avropa Komissiyası Avropa Birliyi ölkələrndə iş üçün lazım olan mavi kart sisteminin tələblərini yumşaltdığını açıqlayıb.
Valyuta.az Euronews.com-a istinadən xəbər verir ki, bu barədə Birliyin 27 ölkəsi birgə razılıq əldə edib.
Razılaşmaya əsasən, 2009-cu ildə qüvvəyə minən mövcud mavi kartın iş və yaşayış icazəsi üçün tələb olunan minimum əmək haqqı və müqavilə müddət şərtləri asanlaşdırılacaq.
Məsələ ilə bağlı açıqlama edən Avropa Komissiyası direktor müavini Marqaritis Şinas bu sazişin AB-də işləmək istəyən yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsində mühüm addım olduğunu vurğulayıb.
Məsələn, yeni razılaşmaya görə, Almaniyada işləmək üçün ali təhsil diplomu və illik ən azı minimum 55 min avro maaşı olan əmək müqaviləsinin bağlanmasını tələb edəcək. Məsələn, yeni razılaşmaya görə, Almaniyada işləmək üçün ali təhsil diplomu və illik ən azı minimum 55 min avro maaşı olan əmək müqaviləsinin bağlanmasını tələb edəcək.
Tərcümə edən: Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay