Azərbaycanın böyük içki istehsalçısı cərimələnir
“Pepsi Co Azərbaycan” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.
Valyuta.az-ın məlumatına görə, 2024-cü il tarixdə 99YE257 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə idxal edilmiş şirkətə məxsus kosmetik vasitələrə dair elektron qaydada qısa idxal bəyannaməsi malların daşındığı yük nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olduqdan sonra, rəsmiləşdirmək üçün sərhəd gömrük orqanına göndərilmiş, lakin həmin mallara dair elektron formada qısa idxal bəyannaməsi verilməyib.
Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib. Məhkəmənin qərarı ilə, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 1500 manat cərimələnib.
Xatırladaq ki, “Pepsi Co Azərbaycan” 2015-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 792 168 manatdır və qanuni təmsilçisi Şahid Muxtarovdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay