BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.9559
  • RUB
    2.1627
  • TRY
    0.043
  • GBP
    2.2854
62681

İlin əvvəlində müəyyənləşdirilən hədəflər şirkətlərin strateji inkişaf planlarında mühüm rol oynayır. Hədəflər uğura çatmaq üçün vacibdir. Lakin ilin sonunda nəticələr bəzən gözlənilən qədər yaxşı olmur. İlin əvvəli qoyulan hədəflərə çatmamağın səbəbləri nələr ola bilər?

Mövzu ilə bağlı Valyuta.az-a danışan “SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant  Anar Bayramov qeyd edib ki, hədəfqoyma planlamanın əsas hissəsidir, planlama isə idarəetmədə ən başlıca funskiyadır: ”Plansız fəaliyyət göstərmək necə gəldi işləməkdir, prioritetlərin olmaması deməkdir. Bu baxımdan, hədəfqoyma planlamanın effektivliyini artıran əsas vasitələrdən biridir. Hədəf qoyulduqda istiqamətimiz, fokusumuz müəyyənləşir və prioritetlərimizi dəqiqləşdirə bilirik. Məsələn, A və B məhsulları prioritetdirsə, onların nə qədər əhəmiyyətli olduğunu anlamaq üçün konkret ölçü vahidlərinə əsaslanan hədəflər müəyyənləşdirilməlidir. Bu hədəflər prioritetlərin əhəmiyyətini vurğulamağa və bizi uyğun istiqamətə yönəltməyə imkan verir. Hədəflər eyni zamanda, gündəlik fəaliyyətimizi və iş planımızı formalaşdırır. İnsan nəyi hədəfləyibsə, yatıb-duranda da onu düşünür və nəticədə davranış və performansı həmin istiqamətə yönəlir”.

A.Bayramov bildirdi ki, əgər bir şirkət ilin sonu planlanan hədəflərə çatmayıbsa, bunu analiz etməli və səbəbləri müəyyənləşdirməlidir: “Hədəf həm də istinad nöqtəsidir. Əgər hədəfə çatmaq mümkün olmazsa, çatışmazlıqların səbəblərini təhlil etmək, nə qədər geri qalındığını müəyyənləşdirmək imkanı yaranır. Hədəf olmadıqda isə heç bir istinad nöqtəsi mövcud olmur, nəticədə idarəetmə daha xaotik hala gəlir. Hədəflərin izlənilməsi prosesin vacib hissəsidir. Planlama varsa, nəzarət də mütləq olmalıdır. Bu, idarəetmənin iki ayrılmaz elementidir”.

A.Bayramov hədəflərin izlənməsi və icrasını təmin etmək üçün hansı metodlardan istifadə olunduğu mövzusuna da toxunub: “Hədəflərin izlənilməsi üçün müxtəlif vasitələrdən istifadə edilə bilər. Ən sadə üsullardan biri Excel fayllarından istifadə etməkdir. Daha irəliləmiş həllər isə “Power BI”, “Tableau”, “Metabase” kimi analitik platformalar və ya ERP sistemləridir. Bu alətlər hədəfləri izləməyi və fəaliyyətləri təhlil etməyi asanlaşdırır. Beləliklə, düzgün planlama və nəzarət mexanizmi ilə hədəflərin dəqiq təyin olunması və izlənilməsi iş fəaliyyətinin uğurlu idarə olunmasında əsas rol oynayır”.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qaxda əməliyyat - İcra başçısı saxlanıldı

İlham Əliyev amerikalı sahibkarı qəbul edib

O, təyyarə biletlərini baha deyil, ucuz satır - Hazırkı sərvəti milyard dollarla ölçülür

O, təyyarə biletlərini baha deyil, ucuz satır - Hazırkı sərvəti milyard dollarla ölçülür

Pensiyalar bu tarixdə tam ödəniləcək

Bakının üç rayonuna prokuror təyin edildi

"YouTube Shorts"a pul qazanmağı asanlaşdıran yenilik gəldi

"Microsoft"da növbəti ixtisar dalğası: Minlərlə insan işsiz qala bilər

"Samsung" zəlzələni xəbər verən sistem hazırlayır

Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq

AAYDA-nın sədri Mayis Qədirovu direktor təyin etdi

Azərbaycanda bu yazıçılara 350 manat veriləcək

Naxçıvanda icra başçılarını Azərbaycan Prezidenti təyin edəcək

Tələbə təqaüdləri artırılır? - Rəsmi AÇIQLAMA

Naxçıvan MR Ali Məclisinə seçkilərin təyin edilməsi qaydası dəyişir

Sabahın hava proqnozu

2025-ci ildə müşahidə olunan ən təhlükəli 6 kiberdələduzluq üsulu

2025-ci ildə müşahidə olunan ən təhlükəli 6 kiberdələduzluq üsulu

Azərbaycanda 10 sığorta agentinin lisenziyası ləğv edildi

Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT

Azərbaycan ən baha və ən ucuz elektromobilləri haradan alır? - QİYMƏTLƏR, ÖLKƏLƏR

Bakı-Qazax qatarına bilet qiymətləri açıqlandı - RƏSMİ

"OpenAI" və "Microsoft" arasında gərgin danışıqlar - 20 milyard dollarlıq risk

“Atəşgah Həyat”ın Direktorlar Şurasına yeni sədr seçildi

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinatlar olub

“Amazon” süni intellektlə bağlı planlarını açıqladı - Minlərlə işçi ixtisar ediləcək

Azərbaycanda məşhur bahalı hotel fəaliyyətini dayandırdı

Azərbaycanda məşhur bahalı hotel fəaliyyətini dayandırdı

Şirniyyat biznesi satılır - QİYMƏT

Sənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur?

Bakıda məşhur şirniyyat mağazasının fəaliyyəti dayandırıldı

“Veteran pulu” ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin