BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
43210

Kouç, münasibətlər üzrə ekspert Kama Ahmad Valyuta.az üçün yazır...

 Ailə həyatın fundamental sferalarından biridir. Evliliyin biznes və karyera uğuruna təsirləri barədə təzadlı fikirlər mövcud olsa belə, elmi mənbələrin bir çoxu evli olmağın biznes uğuruna müsbət təsir etdiyini deyir. 

Evlilik bizim biznesimizə necə təsir edir:

- Ər-arvad münasibətləri sahibkarlara diqqətlərini öz müəssisələrinə yönəltməyə imkan verir;
- Dəstəkləyici həyat yoldaşı sahibkara planlı olmağa, vaxtını səmərəli idarə etməyə və fokusunu məqsədlərinə cəmləməyə kömək edir;
- Daha çox məsuliyyət sahibi olmaq (biznesdən kənar) sahibkarların biznesdə uğur şansları artırır;
- Evli olmaq biznesin məhsuldarlığını artırır;
- Ailə tərəfindən təşviq, mənəvi-emosional dəstək, əmək dəstəyi və digər motivasiyaedici amillər biznesin böyüməsinə və sahibkarların uğuruna səbəb olur;
- Evli sahibkarlar uğur şanslarına dair daha optimist olur;
- Evli insanlar ailərinə zaman ayırmalı olurlar və daha az riskə gedə bilirlər;
- Evli olmaq xüsusilə də uşaq sahibi olmaq maliyyə öhdəliklərini artırır;
- Evli olmaq sahibkara uğurlu olmaq üçün daha böyük məqsəd və təkan verir;
Kişilərin bizneslərində həyat yoldaşlarının rolu

Harvard Universitetinin 1949-il biznes məzunları yalnız kişilərdən ibarət idi. Onlardan 70%-i böyük şirkətlərin vitse-prezidentləri, prezidentləri və direktorları vəzifələrinə qədər yüksəlmişdilər. CNN əməkdaşları onlardan bu cür uğurlu olmaqlarının səbəbini soruşduqda:

"Uğurumuzda müəyyənedici, əsas amil həyat yoldaşlarımızın çox dəstəkləyici və ağıllı olması idi. Biz onlarla bir çox mövzuda söhbət edə bilirdik və bu, bizim həyatımızda böyük fərq yaratdı"

- deyə cavablamışlar.

Beynəlxalq Təhsil və Araşdırma Jurnalının 2015-ci ildə apardığı bir araşdırmasına görə, ailə və dostların dəstəyi sahibkarları yüksək gəlir əldə etməkdə və iş yerləri yaratmaqda motivasiya edən aparıcı amillərdir.

American Express tərəfindən aparılmış bir sorğu göstərib ki, sahibkarların 84%-i emosional dəstək üçün həyat yoldaşına güvənir, 73%-i isə həyat yoldaşının bizneslərinin maliyyə idarə etməsində kömək etdiyini bildirib. Eyni sorğu həmçinin müəyyən edib ki, sahibkarların 68%-i biznesə başladıqdan sonra həyat yoldaşı ilə münasibətləri yaxşılaşıb.

Evli qadın sahibkarlarda vəziyyət fərqlidir

Evli qadın sahibkarlar üçün vəziyyət nisbətən fərqlidir. 1991-ci ildə Belcourt, Burke və Lee-Gosselinin araşdırması göstərib ki, həyat yoldaşının olması kişi sahibkarlar üçün faydalı olsa belə, xüsusən də qadınlar üçün problem mənbəyi ola bilər. Qadınlar biznesə əlavə olaraq həm də ev işinin yükünü və analığın gətirdiyi öhdəlikləri daşıyırlar və bu da onların bizneslərini böyütmə imkanlarını məhdudlaşdırır. Araşdırma qadın sahibkarların partnyor dəstəyindən kişilərə nisbətən daha az faydalandıqlarını aşkar edib. Qadınlar ailə öhdəlikləri və iş həyatı arasında balans yaratmaqda kişilərlə müqayisədə daha çox problem yaşayırlar. Qadınlar ailədə əməyin qeyri-bərabər bölgüsündən daha çox təsirlənir və kişi sahibkarlarla müqayisədə ev və ailə ilə bağlı işlərə daha çox vaxt sərf edirlər. İş-ailə münaqişəsi səbəbindən, qadın sahibkarlar daha çox əziyyət çəkirlər ki, bu da onların bizneslərinin kişi həmkarlarına nisbətən daha yavaş böyüməsinə səbəb olur.

2016-cı ildən sonra...

Maraqlısı odur ki, 2016-cı ildən sonra statistika fərqli nəticələr göstərir. Bu da evliliyin əhəmiyyətinin azaldığının göstəricisidir. Son araşdırmalar deyir ki, subay sahibkarlar evli sahibkarlara nisbətən biznesdə daha yüksək inkişaf ambisiyalarına malikdirlər.

Boşanmaların və tək valideynlərin sayının artmasını nəzərə alsaq, xüsusilə maraqlı bir məqamı bölüşmək istərdim: Janice Byrne, Azzedine Tounés, Olivier Giacomin və Salma Fattoum-un 2016-cı ildə apardığı araşdırma göstərib ki, boşanmış olmaq və himayəsində uşağı olmaq qadın sahibkarların biznesdə böyümə niyyətlərinə əhəmiyyətli dərəcədə və müsbət təsir göstərir, lakin, kişi sahibkarlar üçün bu belə deyil.

Napoleon Hill illər əvvəl ən uğurlu 100 kişinin həyatını araşdırmış və onların hər birinin həyatında onları sevən, dəstəkləyən qadının olduğunu aşkar edib. Kişi və ya qadın olmağımızdan asılı olmayaraq uğursuzluqla üzləşdikdə, özünə şübhə və əminsizlik anlarımızda yanımızda  bizə inanan və dəstəkləyən partnyorun olması nəinki emosional rifahımıza həmçinin sahibkar uğurumuza da müsbət təsir edə bilər.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin