BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
42663

Ötən həftə Milli Məclisdə “Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olundu.

Müzakirələr çərçivəsində çıxış edən millət vəkili Elnur Allahverdiyev təklif etdi ki, dəniz suyunun tənzimlənməsi və filtrasiyadan keçirilməsi prosesində özəl sektor iştirak edə bilər. E.Allahverdiyevin fikrincə, əhalinin sayının sürətlə artması və iqtisadiyyatın böyüməsi şəraitində həm içməli, həm də texniki suya olan ehtiyac dəfələrlə artır. Bu baxımdan, dəniz suyunun təmizlənməsi, yaxud çay sularının filtrasiyasi prosesində özəl sektor iştirak edə bilər.

Valyuta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, deputat bu gün sosial şəbəkə hesablarından paylaşdığı postda bu məsələyə bir daha toxunub.

“Milli Məclisin plenar iclasında “Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı mövzu ilə əlaqəli təkliflə çıxış etdim. Bu gün əhalinin sürətlə artdığı və istehsal sahələrinin çoxaldığı bir dövrdə su qıtlığı bütün dünya qarşısında duran ən aktual problemlərdən biridir. Təbii ki, ölkəmiz də qlobal dünyanın bir parçası olduğundan gələcəkdə yarana biləcək bu kimi problemlər hər birimizi düşündürməlidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordumuz Qarabağ və Şərqi Zəngəzuru erməni işğalından azad etdikdən sonra su ehtiyatlarımız və mənbələrimiz xeyli artıb. Bu, həm əhalinin içməli su ilə təminatı, həm də əkin sahələrinin suvarılması deməkdir. Bununla belə, biz dəniz suyunun təmizlənməsi və çay sularının yüksək keyfiyyətli filtrasiyadan keçirilməsi barədə düşünməliyik ki, buradan əldə etdiyimiz texniki sudan istehsalat və təsərrüfat sferalarında yararlana və içməli su ehtiyatlarımıza qənaət edə bilərik.

Hesab edirəm ki, bu prosesdə özəl sektorun iştirakını təmin etməklə həm operativliyə, həm də dövlətin yükünün azaldılmasına nail ola bilərik. Misal üçün, hər hansı şirkət suyun təmizlənməsi və filtrasiyası prosesini təşkil edir, təbii ki, bu işə investisiya yatırır. Eyni zamanda, dövlət də şirkətə onun istehsal etdiyi suyun istehsal sektorunda çalışan obyektlərə, kənd təsərrüfatında suvarma işi üçün satışına təminat verir.

Yəni şirkətdə əminlik yaranır ki, yatırdığı investisiyanı geri qaytara və gəlir əldə edə biləcək. Düşünürəm ki, bu, bizə su ilə bağlı olan bir çox sahələrdə içməli suya qənaətsiz yanaşma və israfçılığın qarşısını almağa ciddi kömək edə bilər.

Əlavə edim ki, ötən il oxşar təkliflə ekoloji cəhətdən təmiz enerji istehsalı ilə bağlı da təkliflə çıxış etmişdim. Yəni eyni qaydada, özəl sektor yaşıl enerji istehsalına vəsait yatıra bilər. İstehsal etdiyi enerjini isə istisnasız olaraq dövlətə satar. Dövlət də eyni qaydada əhaliyə. Fikirmcə, hər iki halda bu, qənaətə, dövlətin yükününün azaldılmasına səbəb olar və yeni iş yerlərinin açılmasına geniş imkanlar aça bilər”, - parlamentari qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin