BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
40414

Dünyada və Azərbaycanda bir çox yeni biznes sahələri yaranır. Bəziləri gəlirli olsa da, bəziləri isə o qədər də gəlir əldə edə bilmir. Bəs Azərbaycanda hansı sahələrdə biznes qurmaq gəlirli olar? Hazırda hansı biznes formaları daha məşhurdur? 

Bu barədə Valyuta.az-a danışan "Mediamark" Digital Agentliyinin təsisçisi Orxan Rzayev bildirib ki, Azərbaycanda sahəsindən asılı olmayaraq e-ticarət platformaları və veb-saytlar üzərindən olan satışlar artır. Bunun əsas səbəblərindən biri "Trendyol" platformasından alış-verişin Azərbaycanda daha geniş yayılmasıdır: "İnsanlar artıq onlayn sifarişlər, kart məlumatlarının daxil edilməsi, çatdırılma ünvanının daxil edilməsi, promokodlardan istifadə etmək və s. kimi vərdişlərə yiyələniblər. Bu səbəblərdən ölkəmizdə onlayn ticarətin həcmi daha da artacaq. Hansı şirkətlərin onlayn ticarət platforması yoxdursa, bunun üzərində işləməlidirlər. Çin atalar sözündə deyilir ki, ağac əkmək üçün ən yaxşı vaxt 20 il öncə idi, ikinci ən yaxşı vaxt bu gündür. Hansı şirkətlər 3 il, 5 il, 7 il öncə onlayn ticarət vebsaytlarını yaradıblar, satışları artırmaq onlar üçün daha rahat olacaq. Hansı şirkətlərin ki, e-ticarət platformaları yoxdur, elə bu gündən onu yaratmaq haqda işləməlidirlər. Gəliri artırmağın əsas yolu o biznesi sürətli böyüdə bilməkdir. Bunun da ən yaxşı yollarından biri onlayn satışlardır. Çünki, onlayn formada satışları daha sürətli böyütmək olur".

O. Rzayev həmçinin bildirib ki, indi elə dövrdə yaşayırıq ki, Bakıda və ya ölkənin istənilən nöqtəsində oturan bir şəxs öz xidmətlərini və ya məhsullarını dünyanın müxtəlif nöqtələrinə sata bilir: "Hazırda dünyada əyləncə sektoru kifayət qədər gəlirli sahə sayılır. Oyun sənayesində fantastik pullar dövr edir. Dropshipping və dropservicing də çox məşhur və gəlirli sahələrdən biridir. Turizm sektorunda gəlirli sahələr kifayət qədərdir. Turizmlə bağlı həm ənənəvi istiqamətdə, həm də rəqəmsal istiqamətdə olan bizneslər, startaplar gəlirli ola bilir. Bu sadaladığımız istiqamətdə olan biznesləri istənilən yerdə yaşamaqla qurub, dünyaya satmaq olur".

Əvəz Həsənov
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BP və tərəfdaşları Azərbaycandakı layihələrə 85 mlrd. dollar sərmayə qoyub

Avropada işləməyin asan olduğu ölkələr - TOP 10

Yüksək faizli depozit kampaniyası davam edir ®

İş müsahibəsində əvvəlki iş yerimizdən dava ilə ayrıldığımızı deməliyik?

İki ayda xaricdən 40 min ədədə yaxın paltaryuyan maşın almışıq

“EasyCep” Azərbaycanda fəaliyyətini genişləndirir ®

B2B bizneslər üçün nəticə verən yanaşmalar

B2B bizneslər üçün nəticə verən yanaşmalar

Marketlərin qarşısında yük boşaldan avtomobillərə niyə cərimə yazılır?

Kimlər natamam və qısaldılmış iş vaxtından istifadə edə bilər?

Bitcoin və Etherium yenidən bahalaşır - Kriptovalyutaların qiymətləri

Avro və rubl bahalaşdı - Məzənnə

Bu ərazilərdə qaz olmayacaq

Azərbaycan neftinin qiyməti ucuzlaşmaqda davam edir

Yaz semestrində nə qədər tələbə təhsil krediti alıb?

Payızdan etibarən bu ölkədə dördgünlük iş həftəsi tətbiq ediləcək

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Yaponiya maye qazı əvəz edəcək yanacaq növü tapdı

Məşhur topdansatış mərkəzi cərimələnə bilər

Misir ödənişlərdə rus rublunun rolunun artırılması məsələsini müzakirə edir

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

"MASTER BROKER"-ə protokol tərtib edildi

Türkiyə ikinci atom elektrik stansiyasının tikintisində 50 faiz iştirak gözləyir

"Telemexanika Zavodu" cərimələndi

Qlobal iqtisadiyyat sürətlə bərpa olunur - OECD proqnozunu dəyişdi

Aleksey Mojin: ABŞ BRİKS Maliyyə Nazirlikləri və Mərkəzi Bankın görüşünü pozdu

Dövlət xidmətinin tenderi ləğv edildi

"Safari" brauzeri tezliklə daha "ağıllı" olacaq

Maksimum 23 il - ABŞ Federal Ehtiyat Sistemi kredit faizinə dair qərar verdi

"Sıracoğlu" Fermer Təsərrüfatı gömrük qaydalarını pozub?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin