Sahibkar olmaq üçün tələb olunan 4 xüsusiyyət
Sahibkarlıq, insanın fürsətləri görüb risk götürməsi və onları biznes ideyasına çevirməsi prosesini ifadə edir. Sahibkar mənfəət əldə etmək üçün əməyi, kapitalı, təbii sərvətləri və texnologiyanı təşkil edərək öz biznesini quran şəxsdir.
Sahibkar yaratdığı əlavə dəyərlə həm özünə, həm də fəaliyyət göstərdiyi sistemə böyük fayda verir. Ancaq hər bir işçi sahibkar ola bilməz. Sahibkar olmaq üçün lazım olanları 4 maddədə ümumiləşdirə bilərik.
Yenilikçi və yaradıcı olmaq
Sahibkarlıq məhsul, xidmət, texnologiya və ya istehsal baxımından yaradıcı və qeyri-ənənəvi həllər tapmağı tələb edir. Sahibkarlıq təfəkkürü adi biznes nümunələrinin pozulduğu yerdə başlayır. Sahibkar başqalarının baxdığı, lakin görə bilmədiyi imkanları tanıyır və onları biznes ideyalarına çevirir.
Risk almaq
Sahibkar texnoloji dəyişikliyi, bazar strukturunu, hüquqi tənzimləmələri və rəqabəti nəzərə alaraq riskləri öz üzərinə götürür. Risk etmək onu adi bir iş sahibi, müdir və ya menecerdən fərqləndirən mühüm xüsusiyyətdir.
Cəld olmaq
Sahibkar başqalarının arxasınca getmədən öz innovativ ideyalarını reallaşdıracaq biznes planlar qurur və onları tez bir zamanda həyata keçirir. O, hərəkətə keçir və nəyəsə nail olmaq həvəsi ilə irəliləyir.
Rəqabətli olmaq
İstehlakçı həmişə yüksək keyfiyyət, aşağı qiymət və daha çox seçim istəyir. Bu səbəbdən, sahibkar rəqabət aparmaq üçün istehlakçı yönümlü düşünür və uyğun həllər istehsal edir.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay