BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
34064

Aptek səhiyyə sisteminin əsas sahələrindən biri hesab olunur. Apteklərə tələb də çoxdur. Ona görə, bu sahə həm də biznes adamlarının marağındadır. Bəs aptek açmaq istəyənlər nələri bilməlidirlər? Həqiqətən də kənardan göründüyü qədər gəlirli sahədirmi?

Səhiyyə mütəxəssisi Rəşid Tağıbəyli Valyuta.az-a aptek açmaq üçün iş adamlarının nələri bilməli olduğundan danışdı. O, deyir ki, apteki tibbi savadı olanlar açsa, daha yaxşı olar: “Aptek spesifik sahədir, insanların sağlamlığı ilə birbaşa əlaqəlidir. Ona görə, yaxşı olar ki, aptek açacaq şəxsin tibbi savadı olsun. Çünki sadəcə yaxşı qazanc var deyə açdığınız apteklə insanların səhhətinə zərər vura bilərsiniz”.

R.Tağıbəyli deyir ki, aptek açmaq üçün sizə lisenziya almaq və bəzi vacib sənədlər lazımdır: “Çıxarış və texniki pasportu qaydasında olmalıdır, çünki rəsmi qaydada qeydiyyata düşmək üçün həmin sənədlər şərtdir. Lisenziya üçün Asan Xidmətdə lisenziyalar bölməsinə müraciət etməlisiniz. Onlar sizə aptek açmaq üçün lazım olan sənədlərin siyahısını təqdim edirlər. O siyahı əsasında müəyyənləşdirirsiniz ki, nələr sizə uyğundur, nələr yox. Vergi məsələlərini dəqiqləşdirirsiniz”.

Mütəxəssisin sözlərinə görə, aptekin yerləşdiyi məkan bu biznes üçün önəm daşıyır: “Aptekin minimum 60 kvadratmetr olmağı əsas şərtdir. Aptekin yerini çox yaxşı seçmək lazımdır.

Xəstəxana yaxınlığı daha uğurlu seçim hesab olunur. Hələ qarşısında avtomobil parkinqi üçün şərait də varsa, bu da yaxşıdır. Yaşayışın sıx olduğu ərazidə olmağı üstünlükdür. Məhəllə içi apteklər rahat işləmir və qazanc da əldə etmək mümkün deyil. Aptek yerdən ən çoxu bir-iki pilləkən yuxarıda olmalıdır, çünki yaşlı vətəndaş da aptekə gəlir. Nə qədər çox hündür olsa, bir o qədər də, əlçatımlılıq aşağı olacaq. Aptekin içərisinin rəngləri çox qarışıq olmamalıdır. Satış bölməsi girişə daha yaxın olmalıdır”.

Mütəxəssis aptekdə vacib olan detallardan söhbət açdı: “Aptekdə sarğı otağı, mətbəx və dərman otağı, hər biri ayrı olmalıdır. Kamera, yanğın təhlükəsizlik sistemi ilə tam təchiz olunmalıdır. İşıqlandırılması yaxşı olmalıdır, tavanının bir az hündür olması, çöldən görünmə səviyyəsinin aydın olması aptek üçün müsbətdir”. 

Bəs aptek açmaq üçün nə qədər maliyyə olmalıdır? Rəşid bəy deyir ki, aptek açmaq üçün 100 min manat olsa, kifayət edər: “Standart dərmanların aptekə daxil olması, normal şəkildə aptekin satışını və dövriyyəsini təşkil etmək üçün o qiymət hələ ki, kifayət edir. Əgər aptek açmaq sizin üçün uzun məsələdirsə, apteki hazır biznes kimi satan şəxslərdən ala bilərsiniz”.

Qazanca gəldikdə isə mütəxəssis bildirdi: “Qazanc təbii ki, həmişə yaxşı olur. Amma bu aptekin ümumi yerindən, aylıq icarəsindən, gəlirin, xərcin çox olması, əsasən hansı dərmanların satılmasından asılıdır. Sadə, sıradan dərmanlar satılırsa, gözlənti də az olacaq”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin