“Yaponiya gəlirli bazardır” – Azərbaycan bu ölkəyə nə ixrac edə bilər?
“Azərbaycan neftinin Yaponiyaya ixracı çətin olduğundan, bu ölkəyə qeyri-neft məhsullarını ixrac etmək mümkündür”.
Bu sözləri iqtisadçı Natiq Cəfərli Yaponiyanın Azərbaycandakı səfiri Yuniçi Vadanın “Yaponiya Azərbaycandan qeyri-neft məhsullarının idxalına maraqlıdır” fikrinə münasibət bildirərkən dedi.
İqtisadçı Valyuta.az-a açıqlamasında bildirdi ki, Azərbaycan neftinin Yaponiyaya ixracı çətindir deyə, qeyri-neft məhsullarına maraq daha çoxdur: “Azərbaycanın təbii resurslarını - nefti, neftdən alınan məhsullarını, təbii qazı Yaponiyaya ixrac etmək çətindir. Enerji daşıyıcılarımızı nəzərə almasaq, kənd təsərrüfatı məhsullarının bəzi növlərini Yaponiya bazarına ixrac etmək mümkündür. Əsasən də, nar, fındıq, bu tipli məhsulların ixracı əlverişlidir. Yaponiya Azərbaycandan meyvənin idxalına daha çox maraqlı ola bilər”.
Natiq Cəfərli Yaponiya bazarının ixrac cəhətdən Azərbaycan üçün kifayət qədər əlverişli olacağını dedi: “Yaponiya bazarı bağlı bazardır. Bu ölkəyə ixrac edə biləcəyimiz başqa hansısa məhsul növümüz təəssüf ki yoxdur. Kənd təsərrüfatı məhsullarının keyfiyyətli nümunələrini Yaponiyaya ixrac etmək olar. Yaponiya bazarı kifayət qədər karlı bir bazardır. Bu ixracat karlı ola bilər”.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay