BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7893
  • RUB
    1.6487
  • TRY
    0.0488
  • GBP
    2.1705
61270

"Nasdaq Kompozit İndeksi" (".IXIC") çərşənbə günü ilk dəfə 20,000 səviyyəsinə çatıb. Bu, süni intellekt texnologiyasına artan maraq və faiz dərəcələrinin azalacağı gözləntiləri ilə texnologiya səhmlərində yaranan böyük rallinin zirvəsini nümayiş etdirir.  

Valyuta.Az xəbər verir ki, texnologiya ilə zəngin indeks il ərzində 33%-dən çox artıb. Bu artıma "Apple", "Nvidia", "Google"un ana şirkəti "Alphabet" və son həftələrdə elektrik avtomobil istehsalçısı "Tesla" kimi iri texnologiya şirkətləri səbəb olub. Çərşənbə günü əldə edilən qazanc ABŞ-da inflyasiya hesabatından sonra "Federal Ehtiyat Sistemi"nin gələn həftə faiz dərəcələrini azaldacağı gözləntilərini gücləndirib.  

İndeks çərşənbə günü 20,034.89 səviyyəsində, yəni gün ərzində 1.8% artımla bağlanıb.  

Texnologiya və böyümə istiqamətinə böyük sərmayə qoyan investorlar bu rallidən qazanc əldə etsələr də, yüksək qiymətləndirmələr və megaşirkətlərin indeksdə artan təsir gücü ilə bağlı narahatlıqlar artmaqdadır.  

"İlin sonuna yaxın qaliblərin... yenidən qazandığını görürük," deyə "NewEdge Wealth" şirkətinin baş investisiya direktoru Kameron Douson (Cameron Dawson) bildirib. "Əsas sual budur ki, bu impuls 2025-ci ilə qədər davam edə biləcəkmi? Çünki yüksək qiymətləndirmələr, mövqelənmə, sentiment* və böyümə gözləntiləri orta səviyyədən yüksək gəlirləri saxlamaq üçün böyük maneələr yarada bilər."  

2020-ci ilin əvvəllərində pandemiya qlobal iqtisadi fəaliyyəti dayandırdıqda "Nasdaq" ciddi geriləmə yaşayıb. Lakin "Federal Ehtiyat Sistemi"nin faiz dərəcələrini sıfıra yaxın endirməsi və ABŞ iqtisadiyyatını dəstəkləmək üçün geniş maliyyə stimulu tədbirləri həyata keçirməsi nəticəsində indeks sürətlə bərpa olunub.  

2022-ci ildə inflyasiyanın 40 il ərzində ən yüksək səviyyəyə qalxması ilə indeks kəskin şəkildə 33% dəyər itirib. Lakin yüksək faiz dərəcələri gözlənilən resessiyaya** səbəb olmayıb və indeks o vaxtdan bəri 90%-ə yaxın artıb. Bunun əsas səbəblərindən biri süni intellekt texnologiyasının biznes üçün yaratdığı potensialın artan maraqla qarşılanmasıdır.  

"Nvidia" şirkətinin səhmləri, bu sahədə əsas standart olaraq qəbul edilən çipləri ilə, 2022-ci ilin oktyabr ayındakı ən aşağı səviyyədən 1,100%-dən çox artıb.  

"Süni intellekt hekayəsi hələ də inandırıcı görünür və investorların diqqətini çəkir," deyə "F/m Investments" şirkətinin baş investisiya direktoru Aleks Morris (Alex Morris) bildirib. "Bunlar sürətlə irəliləyən səhmlərdir."  

"Nasdaq"ın dəyəri artmağa davam etsə də, bu göstərici hələ də 20 ildən çox əvvəlki "dot-kom köpüyü"*** zamanı çatdığı səviyyələrdən uzaqdır.  

İZAHAT: 

* Sentiment bir şəxs, qrup və ya bazarın müəyyən mövzuya, vəziyyətə və ya proqnoza qarşı emosional və ya əhvali-ruhiyyə ilə bağlı ümumi münasibətini ifadə edən anlayışdır.

** Resessiya, ümumi iqtisadi fəaliyyətin ardıcıl iki rüb ərzində azaldığı, iqtisadi böyümənin yavaşladığı və işsizliyin artdığı bir dövr olaraq təsvir edilir.

*** Dot-kom köpüyü, 1990-cı illərin sonlarında internet şirkətlərinin sürətli artımına əsaslanan, lakin reallıqda iqtisadi dayanıqlığa malik olmayan yüksək dəyər artımı və sonrakı çökmə ilə nəticələnən maliyyə balonudur.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Hər bir vətəndaş günəş enerjisi sistemini qura, artıq enerjini sata bilər"

Bakı və digər şəhərlərdə 200-dən çox bina qəzalı vəziyyətdədir

Ən çox əməkhaqqını onlar alır

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 4%-ə yaxın azalıb

11 ayda Azərbaycanda 53.8 mlrd. manatlıq məhsul satılıb

Dövlət xəstəxanasının direktor müavini özəl klinika açdı

Lənkəranın baş planı hazırlanır - 705 minlik layihə

Bəzi yerlərdə qar yağacaq

Ölkədə orta aylıq əməkhaqqı 8%-ə yaxın artıb

Əhalinin avtomobil yanacağına xərcləri 7% artıb

Bu ilin 11 ayında Azərbaycanda iqtisadi artım 4%-dən çox olub

Sıfırdan ev tikmək üçün nə etməliyik?

"AzerGold"un sədri və müavinləri dövlət şirkətindən nə qədər qazanır? - RƏQƏMLƏR

"AzerGold"un sədri və müavinləri dövlət şirkətindən nə qədər qazanır? - RƏQƏMLƏR

"Apple" və "Broadcom"un yeni əməkdaşlığı - "The Information"

Xankəndidə 5,2 milyon nizamnamə kapitalı ilə yeni şirkət yaradılıb

"Neptun" külli miqdarda borcunu ödəmir

Bəzi məktəblər niyə birləşdirilir?

Davos İqtisadi Forumunun növbəti qlobal araşdırması dərc olunub - "Bloomberg"

Davos İqtisadi Forumunun növbəti qlobal araşdırması dərc olunub - "Bloomberg"

Azərbaycanda tibbi kadrların vahid idarəetməsi ilə bağlı sənəd hazırlanıb

Mərkəzi Bank investisiya şirkətinin lisenziyasını ləğv etdi

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata nar satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Texnologiya nəhənglərinin "Nasdaq" birjasına təsiri - "Reuters"

ABŞ-da milyarder olan türkiyəli çobanın uğur hekayəsi

ABŞ-da milyarder olan türkiyəli çobanın uğur hekayəsi

Milyonlarla “YouTube” videoçarxları dublyaj ediləcək

"Zara"nın sahibi gözləntiləri qarşılaya bilmədi - "Reuters"

OMV şirkəti "Qazprom"la 2040-cı ilə qədər qüvvədə olan müqaviləyə xitam verdi

Ev almaq istəyənlərin nəzərinə! - Qiymətlər bahalaşacaq

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi

İki ən böyük birja fondunun yarım milyardlıq "Ethereum" alışı

İki ən böyük birja fondunun yarım milyardlıq "Ethereum" alışı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin