BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7893
  • RUB
    1.6487
  • TRY
    0.0488
  • GBP
    2.1705
61008

Seul səhmləri bazar ertəsi səhər saatlarında, müxalifətin rəhbərlik etdiyi Milli Assambleyanın Prezident Yun Sok Yol (Yoon Suk-yeol) əleyhinə yeni bir impiçment qərarını irəli sürməyə çalışdığı bir vaxtda, siyasi qarışıqlığın dərinləşməsi fonunda 1,8 faiz gerilədi.

Valyuta.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb. 

Əsas göstərici olan "Koreya Birgə Səhmlər İndeksi" ("KOSPI") saat 11:20-də 43,33 bənd, yəni 1,78 faiz azalaraq 2.384,83 səviyyəsinə düşüb.

Prezident Yun keçən çərşənbə axşamı elan etdiyi hərbi vəziyyət qərarının Milli Assambleya tərəfindən dərhal ləğv edilməsindən sonra impiçmentlə üzləşmək və ya istefa vermək üçün böyük təzyiq altındadır.

Şənbə günü müxalifətin irəli sürdüyü impiçment qərarı, hakim partiyanın boykot edərək kvorumu təmin etməməsi səbəbindən rədd edilib və prezident bu səsvermədən sağ çıxıb. Lakin müxalifət bu həftə Yun əleyhinə yeni impiçment təşəbbüsü irəli sürməyi planlaşdırır.

Əsas səhmlər ümumilikdə geriləyib, xüsusilə enerji sektoru kəskin enişlərlə üzləşib. Əsas neftayırma müəssisəsi "SK Innovation" 4,38 faiz dəyər itirib, dünyanın ən böyük sink istehsalçısı "Korea Zinc" isə 15,83 faiz geriləyib.

Maliyyə sektoru da dəyər itirib: "KB Financial" 3,05 faiz, "Shinhan Financial" isə 1,17 faiz azalıb.

Avtomobil və biotexnologiya sektoru səhmlərində də geriləmə müşahidə olunub. "Hyundai Motor" 0,74 faiz, "Celltrion" isə 1,17 faiz dəyər itirib.

Bunun əksinə olaraq, çip istehsalçısı "SK hynix" 1,2 faiz artım nümayiş etdirib,, bazarın əsas oyunçusu "Samsung" isə əvvəlki sessiyanın bağlanış səviyyəsini qoruyub.

Lokal valyuta isə saat 11:20-də dollar qarşısında 1.436,25 vona (1,07 dollar) qədər zəifləyib ki, bu da əvvəlki sessiyadan 17,05 von (0,013 dollar) azalma deməkdir. 

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Daha 467 sahibkar cərimələndi

İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Daha 2 ölkə Şengen zonasına qoşuldu

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi (YENİLƏNİB)

"Alfa-N Company" məhkəmə qarşısında

7 ildə Azərbaycanda cəmi 3 plastik cərrah məzun olub

"Binance" 1 və "Coinbase" 4 yeni kriptovalyutanı siyahıya daxil etdi

Naxçıvan MR FHN-i 1,9 milyonluq invertar alır

Zirzəmidən milyardlarla gəlirə: Dünya brendi olan "Zara" necə yarandı?

"Adobe"nin gəliri və mənfəəti gözləntiləri üstələdi, amma səhmləri kəskin düşdü

"Adobe"nin gəliri və mənfəəti gözləntiləri üstələdi, amma səhmləri kəskin düşdü

"Hər bir vətəndaş günəş enerjisi sistemini qura, artıq enerjini sata bilər"

Bakı və digər şəhərlərdə 200-dən çox bina qəzalı vəziyyətdədir

Ən çox əməkhaqqını onlar alır

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 4%-ə yaxın azalıb

11 ayda Azərbaycanda 53.8 mlrd. manatlıq məhsul satılıb

Dövlət xəstəxanasının direktor müavini özəl klinika açdı

Lənkəranın baş planı hazırlanır - 705 minlik layihə

Bəzi yerlərdə qar yağacaq

Ölkədə orta aylıq əməkhaqqı 8%-ə yaxın artıb

Əhalinin avtomobil yanacağına xərcləri 7% artıb

Bu ilin 11 ayında Azərbaycanda iqtisadi artım 4%-dən çox olub

Sıfırdan ev tikmək üçün nə etməliyik?

"AzerGold"un sədri və müavinləri dövlət şirkətindən nə qədər qazanır? - RƏQƏMLƏR

"AzerGold"un sədri və müavinləri dövlət şirkətindən nə qədər qazanır? - RƏQƏMLƏR

"Apple" və "Broadcom"un yeni əməkdaşlığı - "The Information"

Xankəndidə 5,2 milyon nizamnamə kapitalı ilə yeni şirkət yaradılıb

"Neptun" külli miqdarda borcunu ödəmir

Bəzi məktəblər niyə birləşdirilir?

Davos İqtisadi Forumunun növbəti qlobal araşdırması dərc olunub - "Bloomberg"

Davos İqtisadi Forumunun növbəti qlobal araşdırması dərc olunub - "Bloomberg"

Azərbaycanda tibbi kadrların vahid idarəetməsi ilə bağlı sənəd hazırlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin