BAKU Azərbaycan
27.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
43400

"Qafqaz regionunda bir sıra banklar 2022-2023-cü illərdə rekord səviyyədə yüksək göstəricilər əldə edib və biz bunun davam edəcəyini gözləyirik".

Valyuta.az xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəxalq reytinq agentliyinin açıqlamasında bildirilib. Agentlik qeyd edib ki, region bankları müsbət suveren kredit reytinqlərinin yaratdığı əlverişli əməliyyat mühiti və sürətli iqtisadi artımdan faydalanıb. Bu ölkələrdə aktivlər üzrə yüksək faiz dərəcələri və yüksək likvidliyin yaratdığı aşağı maliyyələşdirmə xərcləri, o cümlədən faiz gəlirlərinin 1-2% həcmində artması bank sektorunun mənfəətliliyinə təsir edib. Yüksək neft qiymətləri və aktivlərin keyfiyyəti ilə bağlı risklərin azaldılması Azərbaycan banklarının fəaliyyətinə müsbət təsir edib.

Vurğulanıb ki, Azərbaycanda sürətli kredit artımı və bankların səhmdarlarına böyük həcmdə dividend ödəmələri kapital əmsallarına təsir etsə də, yüksək gəlirlilik fonunda kapitallaşmanın məqbul səviyyədə qalacağı gözlənilir.

"Fitch" qeyd edib ki, əlverişli makroiqtisadi şərait və sağlam kredit artımı regionda kredit keyfiyyət göstəricilərində davamlı təkmilləşmələri dəstəkləyir. Müsbət dinamika bankların keçmiş risklərinin əhəmiyyətli dərəcədə azaldığının müşahidə edildiyi Azərbaycanda xüsusilə nəzərə çarpır.

Agentlik həmçinin hesab edir ki, region ölkələrinin bank sektoru üzrə likvidlik yüksəkdir. Belə ki, Ermənistan və Gürcüstanda 2022-ci ildə əhəmiyyətli qeyri-rezident daxilolmalarından sonra 2023-cü ildə depozitlərin həcmi sabit olub. Bank sektoru üzrə kredit/depozit nisbəti (LDR əmsalı) 2023-cü ilin sonunda 90%-100% təşkil edib. Azərbaycanda isə bu nisbət 60%-lə MDB+ regionunda ən yüksək göstəricilərdən biridir.

"Son illərdə regionda banklar üzrə müsbət reytinqlərin artması müşahidə olunur. Biz Ermənistan banklarını əhəmiyyətli dərəcədə təkmilləşdirən kredit göstəricilərini əks etdirərək təkmilləşdirdik və 2024-2025-ci illərdə göstəricilərin tarixi normaları üstələyəcəyini gözləyirik. Azərbaycan və Gürcüstanda bir neçə bank üzrə müsbət proqnoz verilməsi onların yüksək potensialına işarə edir" - "Fitch" əlavə edib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Robotlar dünyanı ələ keçirəcək? – Astroloq danışdı

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilib

Bu ölkə liderləri COP29-da iştirak edəcək

Dövlət Neft Fondu bu iki nəhəng şirkətin səhmlərini alıb

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)

Bakı daha bir tədbirə ev sahibliyi edəcək

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Genişzolaqlı internetin sürəti 38 % artıb

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...

“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin qiyməti enəcək” – Mühüm açıqlama

Bazar günü Bakıda 31 dərəcə isti olacaq

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Elektrikli Gelendvagen Mercedes-Benz G580 təqdim olundu

“Titanik”in ən zəngin sərnişininin cəsədindən çıxarılan qızıl cib saatı hərraca çıxarılıb

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi (FOTO)

Bu ərazilər tezliklə plana düşəcək

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Dünyanın damı"nın radioaktiv çirklənməsinin mənbəyi tapıldı

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

ABŞ Ukraynaya ən böyük hərbi yardım paketi ayırıb

BTC ilə daşınan neftin həcmi açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin