Türkiyədə 2024-cü ildə avtomobil satışları rekord həddə çatıb
2024-cü ildə Türkiyədə yeni avtomobil və yüngül ticari nəqliyyat vasitələrinin satışı əvvəlki illə müqayisədə 0,5 faiz artaraq 1 milyon 238 min 509 ədədə çatıb və bu sahədə bütün zamanların illik rekordu qırılıb.
Valyuta.az xəbər verir ki, Avtomobil Distribütorları və Mobilite Dərnəyi (ODMD) 2024-cü ilin yanvar-dekabr dövrünə dair avtomobil və yüngül ticari nəqliyyat vasitələri bazarının məlumatlarını paylaşaraq satışların göstəricilərini təqdim edib:
* Avtomobil satışları keçən ilə nisbətən 1,3 faiz artaraq 980 min 341 ədəd olub.
* Yüngül ticari nəqliyyat vasitələri bazarı isə 2,7 faiz azalaraq 258 min 168 ədədə enib.
* Dekabr ayında avtomobil və yüngül ticari nəqliyyat vasitələrinin satışı əvvəlki ilin eyni dövrünə nisbətən 7,3 faiz artaraq 170 min 249 ədədə çatıb.
Bazarda ən çox seçilən modellər və yanacaq növləri
Avtomobil bazarında ən çox tələb görən modellər və yanacaq növləri belə olub:
* C sinfi avtomobillər 543 min 427 ədəd satışla bazarın 55,4 faizini təşkil edib.
* B sinfi avtomobillər 291 min 689 ədəd satışla bazarın 29,8 faizini əldə edib.
* SUV avtomobillər 556 min 548 ədəd satışla 56,8 faiz pay alaraq ən çox seçilən gövdə tipi olub.
Yanacaq növlərinə görə:
* Benzinli avtomobillər 588 min 914 ədəd satışla 60,1 faiz pay əldə edib.
* Hibrid avtomobillər 184 min 177 ədəd satışla 18,8 faiz paya sahib olub.
* Elektrikli avtomobillər isə 105 min 315 ədəd satışla 10,7 faiz pay alıb.
* Elektrikli avtomobillərə artan tələbat
160 kW gücdən aşağı elektrikli avtomobillərin satışında 63,4 faiz artım qeydə alınıb və bu seqment ümumi bazarın 8,7 faizini təşkil edib.
Sənayenin gələcəyi haqqında proqnozlar
ODMD başkanı Ali Haydar Bozkurt avtomobil bazarında qlobal dəyişikliklərin yaşandığını və həm avtomobillərin strukturlarında, həm də biznes modellərində dönüşümün şahidi olduqlarını bildirib. O, Avropada batarya və çip istehsalı, həmçinin elektrik şarj infrastrukturu üzrə yatırımların artdığını vurğulayıb.
2025-ci il və daha sonra ciddi iqtisadi böhranların yaşanmayacağı təqdirdə, avtomobil və yüngül ticari nəqliyyat vasitələri bazarının 1 milyon ədədin altına düşməyəcəyini proqnozlaşdırıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay