BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8297
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1326
44004

Martın 7-də Prezident İlham Əliyev “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi” haqqında Sərəncam imzalayıb. Sərəncamda elektrik mühərrikli avtomobillərin ölkəyə idxalı, onların elektrik məntəqələrinin təşkili və gömrük rüsumları ilə bağlı müddəalar yer alıb. Ölkə başçısının sərəncamı ölkədə elektromobil avtomobillərin istifadəsi istiqamətində səmərəliliyin artmasına istiqamətlənib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, yaxın vaxtlarda ölkədə elektromobillərin qiymətində əsaslı ucuzlaşma olacaq:

“Bildiyiniz kimi, daha öncə də ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istismarını stimullaşdıran bir sıra addımlar atılıb. Ötən illər ərzində Nazirlər Kabineti yanında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Dövlət Komissiyasının alt qruplarında hazırlanan yol xəritəsi əsasında bizim ölkəyə idxal olunan yeni elektromobillər gömrükdə də, vergidə də rüsumlardan tamamilə azad edilib. Bu da öz növbəsində sahibkar üçün bir fürsətdir ki, bu növ nəqliyyat vasitələrini ölkəmizə gətirsinlər. Artıq vətəndaşlar üçün də bu nəqliyyat vasitələrinin qiyməti əlçatandır.

Burada əsas məqsəd elektromobil avtomobillərin ölkəyə idxalını stimullaşdırmaq və ölkə daxilində də bu növ avtomobillərin vətəndaşlar tərəfindən istismarını asanlaşdırmaqdır. Növbəti addım olaraq ölkəyə idxal olunan enerjidoldurma məntəqələrinin qurulmasında istifadə olunan avadanlıq və cihazlar da bütün rüsumlardan azad edildi. Bu isə özlüyündə elektromobil maşınların qiymətinin əhəmiyyətli dərəcədə ucuzlaşmasına gətirib çıxaracaq. Dövlət burada inhisarçı deyil, biznesi mühitini dəstəkləyən mövqedən çıxış edir”.

Ekspert yaxın gələcəkdə paytaxt yollarında elektrik mühərrikli avtomobillərin olacağını qeyd edib:

“Biz artıq deyə bilərik ki, 2024-cü il Azərbaycanın nəqliyyat sektorunda elektrikləşmə ilidir. Bu ildən artıq o proses daha geniş vüsət alacaq. Bu gün əgər ölkəyə idxal edilən elektromobillərin sayı ümumilikdə beş faiz təşkil edirsə, gələn illər ərzində bu rəqəmlər artacaq. Hətta ola bilsin ki, növbəti ilə 15 faiz təşkil etsin. Burada əsas məqsədlərdən biri həm də ekosistemin yaxşılaşdırılmasıdır. Ənənəvi nəqliyyat vasitələri karbon qazını atmosferə daha çox buraxır. Amma elektrik mühərrikli avtomobillərdə karbon qazının atmosferə buraxılması mövcud deyil.

Ona görə də üstünlük artıq bu istiqamətədir. Bu yaxınlarda artıq Bakı şəhərinin də ictimai nəqliyyatında elektrik mühərrikli avtobusların fəaliyyətini görəcəyik. İndi hal-hazırda pilot layihə kimi iki avtobus istismara verilib və bu özünü doğruldub. Gələcəkdə bu sayın 150-yə qədər artırılması gözlənilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edildi

İşləmək üçün ən çox üz tutulan ölkələr – TOP 7

Bakı metrosunda QR biletdən istifadə edənlərin sayı 45%-ə yaxın artıb

Azərbaycanda “Heyvanlarla məsuliyyətli davranış haqqında” yeni qanun layihəsi hazırlanır

Şahin Bağırovdan yeni təyinat

Şahin Bağırovdan yeni təyinat

Azərbaycan ilə Gürcüstan arasında ticarət döviyyəsi 100 milyona yaxın azalıb

Mayın 5-də keçirilən buraxılış imtahanının doğru cavab etalonları açıqlanıb

Qubada hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit verilib

Müharibə veteranları hansı vergilərdən azaddır?

Kapital Bank-ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib ®

Yol polisi hava şəraiti ilə bağlı müraciət edib

Diplomu tanınmayan şəxsləri işə götürürlər?

Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB

Müştəri məmnuniyyəti niyə vacibdir?

“Azəri Star Mikromaliyyə” növbəti dəfə zərər edib, yığılmış zərəri 700 min manata yaxınlaşıb

Bu şadlıq evi 2 milyona satıldı: Sökülür (FOTO)

Bu şadlıq evi 2 milyona satıldı: Sökülür (FOTO)

Şirkətlər niyə təcrübəli marketoloqlar axtarır?

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Üç ayda yarım milyardlıq nəqliyyat vasitələri və onların hissələrini almışıq – Nə qədər azalıb?

Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı

Rusiyanın dərman şirkəti Azərbaycandan gedir

Kiçikdən başlamağın faydaları

Qeydiyyat üçün son gün - 82 min nəfər tələbə olmaq istəyir

Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Avro və lirə bahalaşdı - Məzənnə

“Telegram”da fişinq mənbələrinin sayı artıb

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət nədir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin