BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
40909

Ötən bazar günü Bakının maşın bazarında əvvəlki gündən daha çox avtomobilin satışa çıxarılması müşahidə olunub. Maşınların kütləvi satışa çxıarılması isə böyük maraq doğurub.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru, nəqliyyat eksperti Eyyub Əliyev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, avtomobil bazarında əsasən köhnə maşınlar satışa çıxarılıb. Bunun başlıca səbəbi hibrid və elektrik avtomobillərə olan marağın artmasıdır. 

Onun sözlərinə görə, avtomobillərin utilizasiyası ilə bağlı qərardan sonra əksər sürücülər köhnə avtomobillərindən azad olmaq istəyirlər:

"Həmin sürücülər yeni avtomobil almağa daha çox üstünlük verirlər. Xüsusən də mühərrik həcmi yüksək olan avtomobillərə maraq çoxalıb. Eyni zamanda 2021-ci ildə ölkə başçısı İlham Əliyevin elektrik mühərriki ilə işləyən avtomobillərin satışının ƏDV-dən azad edilməsi ilə bağlı imzaladığı sərəncamdan sonra ekoloji avtomobillərə maraq daha çox artıb". 

Bazardakı qiymətlə bağlı vəziyyətə gəlincə, ekspert ikinci əl avtomobillərin süni şəkildə bahalaşdırıldığını vurğulayıb. Onun sözlərinə görə, bu avtomobillərin qiymətini alverçilər təyin edirlər və onlar vəziyyətdən sui-istifadə edərək qiymət artımına yol verirlər:

"Alverçilər bilirlər ki, artıq bazara 10 ildən artıq yaşı olan avtomobil daxil olmur. Ona görə də əllərində olan həmin avtomobillərin qiymətini süni şəkildə artırırlar. Məsələn, əvvəlki dövrlə müqayisədə hazırda "Prius" markalı avtomobillərin qiymətində 2000-2500 manat civarında fərq var. Eyni zamanda buraxılış ili 10 ildən yuxarı olan digər avtomobillərin qiymətində də artım müşahidə olunur. Alverçilər yaranan qıtlıqdan istifadə edirlər. Avtomobil bazarı azad biznes sahəsi hesab olunur. Ona görə də alverçilər müstəqil qərar verə bilirlər. Hazırda hibrid və elektrikli avtomobilləri 10-20 faizlik ilkin ödəniş edərək əldə etmək mümkündür. Bu prosedur benzinlə işləyən avtomobillərə də şamil olunarsa, alverçilər köhnə avtomobillərin satışında süni qiymət artımına yol verə bilməyəcəklər".
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı təklif edib

Bu il Azərbaycanda 600 kiloqrama yaxın qızıl istehsal olunub – Rəqəmlərdə azalma

"Yapı Kredi Bank"ın kredit portfelinin tərkibi I rübdə necə dəyişib?

Ən ucuz qatlanan smartfon satışa çıxarıldı

Azərbaycanda bu kənddəki tarixi evlər bərpa olunacaq

Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşdı

Azərbaycan-Belarus sənədləri imzalandı (YENİLƏNİB)

Ölkədə kənd, meşə təsərrüfatı və balıqçılıqla məşğul olan 130 minə yaxın qadın sahibkar var

Türkiyəyə birdən çox telefon aparmaq olmayacaq - Yeni qadağa

“PAŞA Kapital İnvestisiya Şirkəti”ndə yeni təyinat

“PAŞA Kapital İnvestisiya Şirkəti”ndə yeni təyinat

Azərbaycanda sərnişin daşımaları 8%-ə yaxın artıb

Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq - RƏSMİ

"Carlsberg Azerbaijan" məhkəməyə verilib

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatları 66%-ə yaxınlaşır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Rusiya və Çin Dəmir Yolları əməkdaşlıq müqaviləsi imzaladı – Detallar

Azərbaycan əhalisinin sayı açıqlanıb

Dünyada ən çox satılan 6 kitab

Sabah yağış intensivləşəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin