"Audi" keçmiş dizayneri tərəfindən hazırlanmış "Sea Lion 07"nin qiyməti açıqlandı (FOTO)
Çin avtomobil istehsalçısı BYD Quançjou avtosalonunda "Sea Lion 07" krossoverini təqdim edib.
Valyuta.az xəbər verir ki, yeni məhsulun dizaynı əvvəllər "Audi"də işləmiş və hazırda BYD-nin baş dizayneri postunu tutan Volfqanq Eqqerin rəhbərliyi ilə hazırlanıb.
Elektrikli avtomobil "Ocean" ailəsinin bir hissəsidir və "Ocean-X" konseptinin istehsal versiyasıdır. O, "Song L" krossoverinin də qurulduğu BYD 3.0 platformasına əsaslanır. Avtomobilin uzunluğu 4830 mm, təkər bazası isə 2930 mm-dir. Avtomobil böyük panoramik dam və açılan qapı tutacaqları aldı. Mühərrik və güc ehtiyatı barədə məlumat verilmir.
Ehtimal olunur ki, Çin bazarında "Sea Lion 07"nin Amerikanın "Tesla Model Y" modeli ilə rəqabət aparacaq.
Çin bazarında "Sea Lion 07"nin qiyməti 200 min yuan (təxminən 47 min AZN) təşkil edəcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay