BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
39484

Hər il bayram ərəfəsində pirotexniki vasitələrin, fişənglərin və digər partlayıcı vasitələrin ölkə ərazisində müxtəlif yollarla satışına rast gəlinir. Eləcə də küçələrdə, məhəllələrdə pirotexniki vasitələrin səsi insanların narahatlığına səbəb olur. Bununla yanaşı bu cür partlayıcı vasitələrin istifadəsi zamanı törədilən xəsarət hallarına da rast gəlmək mümkündür. Qanunvericilikdə isə pirotexniki vasitələrin mülki dövriyyəsi qanunla qadağan edilib. Odur ki, onların qanunsuz satışını həyata keçirən şəxslər aşkar edildikcə saxlanılır və barələrində müvafiq tədbirlər görülür. Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin əməkdaşları belə faktlar aşkar etdikdə, onlar barəsində inzibati qaydada cərimə və yaxud da şəxs barəsində cinayət işi başlanır. Amma buna baxmayaraq, bu vasitələrin qanunsuz satışına və istifadəsinə hələ də rast gəlinir. Maraqlıdır ki, qanunla mülki dövriyyəsi qadağan olunmuş bu vasitələrin qanunsuz satışını həyata keçirən kimlərdir? 

Valyuta.az xəbər verir ki, Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, pirotexniki vasitələrin mülki dövriyyədə istifadəsi qadağandır. 

Onun sözlərinə görə, bu cür vasitələr ətraf mühitə ziyan vurması ilə yanaşı insanların sağlamlığı üçün də təhlükəlidir: "Xüsusən də nəzərə almaq lazımdır ki, onlara daha çox uşaqlar maraq göstərirlər. Azyaşlılar bu vasitələri evdə elə yerdə saxlayarlar ki, fəsadları daha ağır ola bilər. Bu cür vasitələrin evdə nəmişlik, rütubət, Günəş şüalarının davamlı təsiri olan yerdə, daha sonra qızdırıcı vasitələrinə yaxın olan yerlərdə saxlanılması öz-özünə alışmaya, partlayışa, eləcə də yanğına səbəb ola bilər. Ona görə də yaxşı olardı ki, bu məsələdə valideynlər diqqətli olsunlar, uşaqlarını pirotexniki vasitələrin təhlükələri barədə məlumatlandırsınlar, eləcə də onlardan istifadədən çəkindirsinlər".

Bu cür pirotexniki vasitələrin hansı şirkət və müəssisə tərəfindən istehsal olunduğuna diqqət etməyin vacib olduğunu deyən ekspert bildirib ki, onu texniki göstəricilərinə və təhülkəsizlik qaydalarına riayət olunmaqla istifadə etmək lazımdır. "Ümumiyyətlə, bu cür pirotexniki vasitələr qeyri-qanuni yolla əldə olunduğu üçün onun hansı müəssisə tərəfindən istehsal olunduğu belə bilinmir. Bu isə təhlükənin nə dərəcədə ciddi olduğundan xəbər verir. Pirotexniki vasitələr düzgün istifadə olunmadıqda insanın əlində partlaya, eləcə də müxtəlif xəsarətlər törədə bilər. Xüsusən də qapalı məkanlarda bu cür vasitələrdən istifadə yanğın təhlükəsi yarada bilər. Bundan başqa kütləvi tədbirlərdə, insanların daha çox cəmləşdiyi yerlərdə bu cür vasitələrdən istifadə etməklə həm insan özünə xəsarət yetirə, həm də digər şəxslərin həyat və sağlamlığını təhlükəyə atmış ola bilər".

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına aiddir. Ona görə də bu vasitələrin yalnız qanuni yolla ölkə ərazisinə idxalı mümkündür: 

"Bunun üçün ilk olaraq xarici iqtisadi fəaliyyət iştirakçısı Fövqəladə Hallar Nazirliyindən xüsusi icazə sənədi almalı, ardınca isə Nazirlər Kabinetinə müraciət edərək müvafiq sərəncam əldə etməlidir. Daha sonra gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq idxal fəaliyyətini həyata keçirməklə pirotexniki məmulatların ölkə ərazisinə idxalını təşkil edə bilər". 

Qurumdan hər il gömrük orqanları tərəfindən pirotexniki vasitələrin qanunsuz ölkə ərazisinə keçirilməsi ilə bağlı çoxsaylı faktların aşkar edildiyi, son iki il ərzində isə ümumilikdə 1 milyon ədəddən çox pirotexniki vasitələrin gömrük orqanları tərəfindən aşkar edilərək götürüldüyü bildirilib. Eyni zamanda bu fəaliyyətlə məşğul olan şəxslər barəsində müvafiq tədbirlər görülərək onların məsuliyyətə cəlb olunduğu qeyd edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tez alışan məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir.

O həmçinin qeyd edib ki, bu məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar edildikləri təqdirdə onlar barəsində ciddi intizam tədbirləri həyata keçiriləcək: "İstehsalı və ya satışı qadağan olunmuş malların istehsalını və ya satışını, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən, inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir".

N.Əliyev bu pirotexniki vasitələrin ölkəyə əsasən qaçaqmalçılıq yolu ilə gətirildiyini, onları ölkəyə qanunsuz yolla gətirən, satan, eləcə də istifadə edənlərin polis əməkdaşları tərəfindən cəzalandırılacağını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyə bu yolla böhrandan qaçmağı bacardı - Detallar

İrpen ilə bu şəhərimiz qardaşlaşacaq

“Mercedes”in dizel ilə əlaqədar işinə xitam verilib

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

20-dən çox “Made in Azerbaijan” brendi Rusiyada təqdim olunub

Almaniyada “futbol qatarı” işə salınacaq

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi

Sabah Füzuli şəhərinə 39 ailə yola düşəcək

Sabah Bakıda 30 dərəcə isti olacaq

Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər? - FOTO

Dünyanı biz təmin edirik, amma...

Bu məhsul da ucuzlaşdı - VİDEO

Bu məhsul da ucuzlaşdı - VİDEO

Yayda səyahət edənlərin nəzərinə: Qiymətlər 300-400 dollar bahalaşdı - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb - Foto

Bu ölkə 2,5 mindən çox qumar oyunları saytını blokladı

Ukrayna Almanya şirkətindən 800-dən çox “Vektor” kəşfiyyat aparatı tələb edib

“Titanik” sərnişininin saatı rekord qiymətə satılıb

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin