BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
39259

Son bir ildə Azərbaycanda üç bank fəaliyyətini dayandırıb. Başqa sözlə desək, lisenziyaları ləğv olunub. Ötən həftə daha bir bank da bağlanıb. Beləliklə ölkədə fəaliyyət göstərən bankların sayı 23-ə düşüb. Hələ bir neçə bankın da bağlanma təhlükəsi ilə üz-üzə qalması barədə də iddialar var. Banklar bu şəkildə bağlana-bağlana gedərsə, bu, bank sektorumuz üçün hansısa problemlər yarada bilərmi? 

“Bankların sayının kəskin şəkildə azalması yaxşı əlamət deyil”

Bank məsələləri üzrə ekspert Xəyal Məmmədli deyir ki, bankların sayı üçün ölkənin böyüklüyünün, yaxud kiçikliyinin fərqi yoxdur: “Ərazisi Azərbaycan qədər olan elə Avropa ölkəsi var ki, orada bank sayı bizdən azdır. Eləsi də var ki, Azərbaycandakı bankların sayından 3-4 dəfə çoxdur. Yəni burada tənzimlənmə ölkənin ərazisinə, yaxud əhali sayına görə deyil. Bu, daha çox ondan asılıdır ki, ölkədə maliyyə, bank sistemi necə qurulub, Mərkəzi Bank dövlət səviyyəsində bu sistemi necə tənzimləyir?” 

İbrahimli deyir ki, dünya praktikasında bankların sayını müəyyən edən normalar mövcud deyil: “Bankların sayı hansısa qanunla, reqlamentlə, metodla tənzimlənmir. Ümumiyyətlə, hansısa ölkədə bankaların yaradılması adətən ölkənin iqtisadi vəziyyətindən, maliyyə siyasətindən asılı olaraq formalaşdırılır. Məsələn, kiçik bir dövlət ola bilər ki, hansısa Latın Amerikasında yerləşir, ərazi baxımından Azərbaycandan 3 dəfə kiçikdir, amma orada banklar çoxdur. Bu da ölkənin maliyyə siyasətindən və iqtisadiyyatından asılı olan məsələdir. Bununla bağlı dünya praktikasında da hər hansı bir tənzimləmə yoxdur”.

Kredit faizləri daha da yüksələ bilər

A.İbrahimlinin fikrincə, onsuz da ölkəmizdə bank sektorunda xarici banklar azdır. Yerli banklar da bağlanarsa, insanlar üçün müəyyən çətinliklər yarana bilər: “Bankların sayının çox olmasının üstün cəhəti odur ki, rəqabət mühiti formalaşdırılır. Azərbaycanın isə özünəməxsus iqtisadi modeli olduğu üçün bankların formalaşdırılmasında, onların sayının az və ya çox olmasında hər hansı bir fərq görmürəm. Amma gələcəkdə digər bankların da fəaliyyətində problemlər yaranarsa, lisenziyaları ləğv edilərsə, bu, bank sektorunda rəqabətin ciddi şəkildə pozulmasına gətirib çıxara bilər. Məsələn, belə olduğu halda ölkədə onsuz da yüksək olan kredit faizləri bir az da arta bilər”.

 Kaspi qəzeti/Zərif Salmanlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin