BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
38799

Tarif Şurası tərəfindən dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı 15 sentyabr 2023-cü il tarixində yeni qərar qəbul edilib. Dəyişikliyə görə, artıq dərmanlarla bağlı vahid qiymət siyasəti yoxdur. Yəni dərmanların yuxarı həddi müəyyən edilir və apteklər dərman vasitələrini bundan daha aşağı qiymətə sata bilərlər. Bəs tətbiq edildiyi zaman ərzində bu qərar özünü doğrulda bilirmi?

Bəzi dərmanlar ucuzlaşıb

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli dedi ki, bu qərardan sonra daha ucuz dərmanlar ölkəyə gətirilə biləcək: “Dərman vasitələri haqqında” qanunvericilikdə olan dəyişikliklər və Nazirlər Kabinetinin müvafiq qərarından sonra dərman qiymətlərinin üst həddi Tarif Şurası tərəfindən müəyyənləşdirildi. Aşağı hədlər isə rəqabət prinsiplərinə uyğun şəkildə tənzimlənəcək. Dərman idxalını həyata keçirən böyük şirkətlər keyfiyyətinə təminat verilən və daha ucuz qiymətə olan preparatları ölkəyə gətirəcəklər. Dərman preparatlarının ölkəyə idxalı nisbətən asanlaşacaq. Beləliklə, rəqabət nəticəsində qiymətlərin aşağı düşməsi mümkün olacaq. Hazırda apteklərdə müəyyən preparatlarda qiymətlərdə ucuzlaşmanı müşahidə edirik”.

Tapılmayan dərman problemimiz aradan qalxıb 

Deputatın sözlərinə görə, bu qərardan sonra tapılmayan dərman problemimiz aradan qalxıb: “8-9 ay bundan öncə bəzi dərman preparatlarının apteklərdə tapılmadığının şahidi olurduq. Çünki bir çox dərmanların qiyməti cəlbedici olmadığına görə, idxal edən şirkətlər tərəfindən onların gətirilməsi maraqlı deyildi. Amma dəyişikliklərdən sonra müşahidə edirik ki, hansısa preparatın olmaması məsələsi daha gündəmdə deyil. Artıq lazım olan preparatları dərman bazarında tapa bilirik. Amma qiymətlərdəki enmələri hələ düşündüyümüz səviyyədə görə bilmirik, gözlənilən effekt alınmır. Yəqin ki, bir neçə aydan sonra bunu da müşahidə edə biləcəyik. Qiymətlərin enməsi insanların əlavə xərclərinin daha da azalmasına gətirib çıxaracaq”.

Topdansatış şirkətlərinə qadağa tətbiq edilsin

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirdi ki, bu yenilik, əksinə, apteklərə ziyan verəcək: “Aptek sahəsində hər hansı ciddi dəyişiklik müşahidə olunmur. Bu qərarın dərmanların çeşidinə, yaxud dərman bazarında gətirilməyən preparatların yenidən bazara qayıtmasına elə də ciddi təsiri olmayacaq. Bundan əvvəlki qərarlarda dərmanın üzərinə konkret rəqəm vurulurdu və həmin qiymətdən aşağı və yuxarı satmaq qadağan idi. İndi isə topdansatışla məşğul olan bir neçə iri şirkətlər öz aptek şəbəkələrində istədikləri qiyməti qoymaqla digər pərakəndə satışla məşğul olan apteklərin sıradan çıxmasına nail olacaqlar. Topdansatış ilə məşğul olan şirkətlərə aptek şəbəkələri yaratmaları ilə bağlı qadağalar tətbiq olunsa, o zaman bazarda pərakəndə satışla fəaliyyət göstərən apteklərin sıradan çıxmasının qarşısı alına bilər. Əks halda, bu qərar tədricən kiçik sahibkarların fəaliyyətlərini dayandırmalarına gətirib çıxaracaq. Çünki apteklərin maliyyə imkanları eyni deyil”.

Qiymətlərin liberallaşması vacibdir

Ekspertin fikrincə, dərman qiymətlərində böyük fərq olmayacaq: “Qiymətlər arasında elə böyük faiz fərqi yox idi. Ona görə deyə bilmərik ki, insanları dərmanların ucuzlaşması ilə bağlı ciddi sürprizlər gözləyir. Çünki əslində qiymət ucuzlaşması baş vermir. Amma dərman bazarında qiymətlərin liberallaşması vacibdir”.

“İnsanların qiyməti bilməyə ixtiyarı var”

Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, farmakoloq Aydın Əliyev qeyd etdi ki, insanlar bu qərardan məlumatlı olmalı və apteklərdən haqqını tələb etməlidir: “Müəyyənləşdirilmiş qiymətdən daha aşağı satan apteklər mövcuddur. Bu qərar apteklərə sahibkarlıq nöqteyi-nəzərdən xeyirdir ki, insanlar onlara daha çox müraciət edir. Vətəndaşlar aptekdə soruşmalıdır ki, aldığı dərmana Tarif Şurası hansı qiyməti qoyub. İnsanlar dərmanların qiymətinin aşağı və yuxarı həddini bilməlidir. Amma vətəndaşlar qərardan məlumatsızdırlar və heç nə soruşmurlar. Vətəndaşlar Tarif Şurasının qərarından istifadə etməlidir”.

Qərar var, amma tətbiq edilə bilmir

Yeni qanunun nə qədər işlək olduğunu müəyyən etmək üçün şəhərin müxtəlif istiqamətlərindəki apteklər arasında da sorğu keçirdik. Sorğu zamanı ortaya çıxdı ki, həm paytaxtın mərkəzində, həm də kənarda yerləşən apteklərin heç birinin yenilikdən xəbər yoxdur. Özəl şirkətlərə məxsus apteklərdən bildirildi ki, onlara qiymət tabe olduqları müəssisə tərəfindən göndərilir. Şəxsi apteklərdə isə qiymətlər depolar tərəfindən müəyyən edilir. Depo apteklərdən verilən məlumata görə, onlarda Tarif Şurası tərəfindən qəbul edilən qiymətlər əsasında satış edilir. 

Kaspi.az - Zərif Salmanlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin