BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
38798

2023-cü ilin yanvar-iyul aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsilə 1.2 milyard manatlıq əməliyyat aparıblar. Ötən ilin eyni dövründə isə bu rəqəm 1.3 milyard manat təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na görə, bu da illik müqayisədə 7.7 faiz azdır. Azərbaycana gələn turistlərin sayındakı artımla nağdsız ödənişlərin azalması tendensiyası arasındakı ziddiyyətin səbəbi nədir? 

Kredit kartlarından istifadə imkanları məhdudlaşıb

İqtisadçı Eyyub Kərimli dedi ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar bəzi kartlar işləmir: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə turizm səfərlərinin sayı 37 faiz artıb. Hazırda bu ilin 6 ayında 1 milyon 143 min insan ölkəmizə səfər edib. Lakin bu turist səfərlərinin strukturuna baxsaq, demək olar ki, 45 faizi - təxminən 477 min insan MDB ölkələrindən gəlib. Bu da dollar vasitəsilə xərclənən nağdsız ödənişlərin həcminə təsir edib. Çünki MDB ölkələrindən gələn insanlar daha çox Rusiyadan səfər edənlərdir. Rusiya isə hazırda müharibə ilə əlaqədar müəyyən sanksiyalar ilə üzləşib. Kredit və bank kartlarından istifadə etmək imkanları məhdudlaşıb. Bank kartlarında bəzən ödəmələrdə problem yaşanıldığı üçün insanlar ödənişləri daha çox nağd həyata keçirirlər. Bu da sözsüz ki, statistikaya öz təsirini göstərir”. 

E.Kərimli bildirdi ki, digər tərəfdən ola bilər ki, ölkəmizdə və dünyadakı bahalaşma ilə bağlı turistlər daha az vəsait xərcləyiblər. Bunu da ikinci səbəb kimi düşünmək mümkündür. 

Çox hallarda “kartdan karta” pul köçürməsi təklif olunur 

İqtisadçının fikrincə, vergidən yayınma halları da səbəblərdən biridir: “Ölkədə turizm sənayesində, əsasən də regionlarda fəaliyyət göstərən obyektlərdə çox zaman problemlə üzləşmək mümkündür. Nağdsız ödənişlərin qəbulu üçün bəzi hallarda pos-terminalların işləməməsi, yaxud müxtəlif bəhanələrlə təqdim edilməməsi də rəqəmlərə öz təsirini göstərib. Bu da nağdsız ödənişlərin azalmasına gətirib çıxaran amillərdəndir. Bəzən regionlardakı restoranlarda, hotellərdə, hətta son vaxtlar Bakının özündə də təmassız ödəniş etmək istədikdə pos-terminal təqdim edilmir. Çox hallarda “kartdan karta” pul köçürməsi təklif olunur. Bu da istehlakçı hüquqlarının pozulmasıdır. Belə hallar həmçinin turizm sənayesinə də mənfi təsir göstərir. Dünyanın nağdsız ödənişlərə üstünlük verdiyi bir dövrdə bu hallar yolverilməzdir. Müvafiq orqanlar belə hallarla ciddi şəkildə mübarizə aparmalıdır”. 

Bu statistika məntiqə uyğun gəlmir

Maliyyə məsələləri üzrə ekspert Xalid Kərimli isə qeyd etdi ki, turistlərin sayının artması fonunda nağdsız ödənişlərin də artması gözlənilirdi. Çünki quraşdırılan pos-terminalların da sayında artım mövcuddur. Həmçinin ölkəmizdə nağdsız ödənişlərin populyarlaşması müşahidə edilir. Amma rəqəmlər isə əksinə, nağdsız ödənişlərin həcminin aşağı düşdüyünü deyir. Fikrimcə, bu statistika məntiqə uyğun deyil".

X.Kərimli dedi ki, burada bir neçə variantı göz önünə gətirə bilərik: “Xarici vətəndaşlar öz xarici kartları ilə ödəniş edir. Gəlib yerli bankdan 3-5 günlük istirahət üçün kart ala bilməzlər. Bizim pos-terminallarda xarici kartlarla ödəniş etmək mümkündür. Bizim kartlarla da xarici pos-terminallarda bu imkan var. Çünki kartlar beynəlxalq VİSA, MASTERCARD sistemləridir. Lakin unutduğumuz bir məsələ var ki, Rusiya kartları ilə hazırda Azərbaycanda, həmçinin dünyada alış-veriş etmək mümkün deyil. Çünki Rusiya banklarını mərkəzi sistemlərdən uzaqlaşdırıblar. Ölkəmizə gələn turistlər arasında da ruslar çoxdur. Amma rus turistləri öz kartları ilə alış-veriş edə bilmirlər. Kartların vaxtı bitir və fəaliyyəti dayandırılır. Statistikaya bunun da təsiri ola bilər”.

Bu il ölkəmizə “kasıb” turistlər gəlib?

Ekspertin fikrincə, bir səbəb də bu ola bilər ki, son vaxtlar Azərbaycana gələn turistlər daha kasıbdır. Ötən il gələn turistlər arasında ərəblər daha çox idi. İndi ərəb turistlərin sayında azalma müşahidə olunur. 

Vergidən yayınma hallarından danışan müsahibimiz bunu səbəb kimi görmədiyini bildirdi: “Pos-terminalın təqdim olunmaması kimi ehtimal da ola bilər. Amma keçən ilə görə, vergidən yayınma artmayıb. Həmçinin, xarici turistə “kartdan karta at” demək o qədər də əlverişli deyil. Yəni səbəbin bu olduğunu düşünmürəm”. 

Ümumi xərcləmə artırsa, heç bir risk yoxdur

X.Kərimlinin sözlərinə görə, bu azalma elə də böyük bir risk ifadə etmir: “Nağdsız ödənişlərin azalan tendensiya ilə gedəcəyini güman etmək olmaz. Çünki indiki azalma da müəmmalıdır. Bütün dünyada meyl nağdsız hesablaşmaların artması yönündədir. O səbəbdən gələcəkdə də bu göstəricinin azalacağını düşünmürəm. Nağdsız hesablaşmalar azalıbsa, yəqin ki, nağd ödənişlərin sayında artım mövcuddur. Ümumi xərcləmə artırsa, heç bir risk yoxdur”. 

Kaspi.az - Zərif Salmanlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin